“Kontakt Home” borca görə Şəhid ailəsinin yataq dəstini müsadirə edib – VİDEO

24, 05, 21
12:00

“Kontakt Home” borca görə Şəhid ailəsinin yataq dəstini müsadirə edib – VİDEO


“Şəhid Şirəli Adilov bircə ay imiş ki, ailə həyatı qurub. Bu zaman onlar “Kontakt Home”dan kreditlə mebel alıblar. Şirəli şəhid olandan 2 ay sonra Razindəki “Kontakt Home”un əməkdaşları borca görə şəhidin evindən mebelləri götürüb aparıblar. Ana deyir ki, nə qədər desəm də, oğlumun çarpayısıdır, orada iyi var, aparmayın, qulaq asmadılar. Çarpayını söküb aparıblar”. 

Azerbaycanrealligi.com xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Adilov Şirəli İlham oğlunun evində olan idmançı Kamil Zeynallı deyib. O bildirib ki, şəhidin qardaşı və bacısının səhətində problemlər olduğu üçün işləyə bilmirlər.

“Şirəli döyüşlərə yollanmamışdan əvvəl “moyka”da və dönərçi kimi işləyərək ailəni dolandırırmış. Amma indi vəziyyət başqa cürdür”.

 Şəhidin anası Zümrüd xanım 13 il əvvəl yoldaşından ayrıldığını bildirib. O ailənin ehtiyacı olduğu halda YAŞAT Fondu tərəfindən verilən müavinətin şəhidin atasına ödənildiyini bildirib.

Şəhid valideyninin iddiaları ilə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin rəsmi saytında yerləşdirilən telefon nömrəsi ilə əlaqə saxladıq.

Məsələyə münasibət bildirməsi üçün şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqələndirməsini tələb etsək də, operator, sözügedən şöbənin əlaqə nömrəsinin olmadığını bildirdi və elektron poçt vasitəsilə rəsmi sorğu göndərməli olduğumuzu dedi. “Kontakt Home” əməkdaşının təqdim etdiyi elektron poçt ünvanına rəsmi müraciət ünvanladıq. Hələ ki, məsələyə münasibət bildirilməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın