Ağdam rayon mərkəzi xəstəxanasında nə baş verir?

09, 05, 21
11:00

Ağdam rayon mərkəzi xəstəxanasında nə baş verir?


Redaksiyamıza daxil olan şikayətlər arasında Ağdam rayon mərkəzi xəstəxanası xüsusi yer tutur. Növbəti şikayətçinin dinlədikcə sanki adam özünü daş dövründə hiss edir. Uzun illər vərəm xəstəliyindən əziyyət çəkən Ağdam rayon sakini Əliyev Sadiq Çingiz oğlunun dedyinə görə 12 ildir ki, pensiya alir.

Bakıda 1 saylı Vərəm əleyhinə dispanserdə qeydiyyatda olan Sadiq Əliyev redaksiyamızın əməkdaşına bildirib ki, 28.04 2021 -ci ildə növbəti dəfə adı çəkilən dipanserdə qeydiyyatdan keçərək lazım olan sənədləri Ağdam rayon mərkəzi xəstəxanasına təqdim etsədə bu günə kimi onun sənədlərini rayon xəstəxənasının baş həkimi Elxan Əsgərov qəbul etməyib səbəb isə onu yenidən rəhbəri olduğu xəstəxanada müayinə olunmasını əsas gətirib.

Axı mən lazımı sənədləri təqdim etmişəm və lazımı yerlərdə müayinə olunmuşam, belə olan halda Ağdam rayonunda bu kimi süründürməçiliyə yol verib hətta sağlam adamlarıda xəstə salmaq nəyə lazım. Rayon sakinini get gələ salmaqda  baş həkimin məqsədi məramı nədi görəsən,bunu bir özü bilir birdəki onun dolmayan cibləri. Elxan Əsgərov “Publik hüquqi şəxs” olsada görünən odur ki, hüquq anlayışı barəsində biraz müalicəyə ehtiyacı var. Hipokrat andına  sayqı ilə yanaşmayan baş həkimə daha bir məsləhtimz budur ki,  bir dönüb geriyə baxsın, həbs olunan baş həkimlərdən bir ibrət götürsün nəqədər ki, gec deyil. Əlbətdə ki, bizim işimiz kimisə həbs etmək deyil sadəcə olanları bitənləri media vasitəsi ilə aidiyyatı qurumların nəzərinə çatdırmaqdir.
 
Gerisi onların işidir. Bizdə burdan Azərbaycan Resbublikasının perezidenti cənab İLham Əliyevin etimad gösərərək Səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin etmiş olduğu Teymur Musayevə və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıya səslənirik, bir Ağdam rayon mərkəzi xəstəxanasına baş çəkin. Bizdən deməkdi.

Yaranmış problemlə bağlı  qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq. (Oxuinfo.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın