Salyanın icra başçısından Böyük Vətən Müharibəsi şəhidlərinə hörmətsizlik - FOTOLAR

08, 05, 21
11:00

Salyanın icra başçısından Böyük Vətən Müharibəsi şəhidlərinə hörmətsizlik - FOTOLAR


İcra başçısı Sevindik Hətəmov, Salyan rayon Şorsulu kəndi ərazisində yerləşən Böyük Vətən Müharibəsi şəhidlərinin abidəsini sataraq qazanc əldə edib. Belə ki, Şorsulu kəndində yerləşən abidənin ətrafı dağıdılaraq, obyekt yeri kimi yüksək çinli məmura baha qiymətə satılıb.

Azerbaycanrealligi.com xəbər verir ki, bu haqqda facebook sosial şəbəkədə Salyanin Səsi adlı səhifə paylaşım edib, Həmçinin icra başçısı abidənin ətrafında yerləşən sərnişin dayanacağını belə yerli-dibli dağıtdıraraq, obyekt sahibinə verib. Sevindik Hətəmov Salyan rayonunu şəxsi obyekti kimi istifadə edir və istədiyi abidəni həmçinin tarixi yerləri dağıtdıraraq həmin ərazini satılığa çıxarır.

Sizlərə təqdim edəcəyimiz şəkillər Salyan rayonu Şorsulu kəndinin ərazisində çəkilib.





Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın