Şuşaya qədər döyüşən XTQ zabitinin intiharının TƏFƏRRÜATI - VİDEO

07, 05, 21
15:00

Şuşaya qədər döyüşən XTQ zabitinin intiharının TƏFƏRRÜATI - VİDEO


Vətən müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu mayın 4-də intihar edib.

Azerbaycanrealligi.com "Xəzər" Tv-yə istinadla xəbər verir ki, hadisə ötən gün Bakının Novxanı kəndi ərazisində qeydə alınıb.

Qeyd edək ki, Rüfət Nəbizadə Vətən müharibəsində iştirak edib. Döyüşərək Şuşaya kimi gedən qəhrəmanımız evlərinə qayıdanda normal vəziyyətdə olub. Bir neçə gündən sonra isə onun səhhətində ciddi psixoloji problemlər ortaya çıxıb.

Bir həftə Maştağadakı ruhi-əsəb dispanserində, 1 aydan çox hərbi hospitalda, daha sonra isə özəl klinikalarda müalicə alan Rüfətə kəskin psixoz və bipolyar pozğunluq diaqnozları qoyulub.

Valideynləri deyir ki, Rüfət müharibə zamanı yaşadıqlarını, itirdiyi dostlarını unuda bilməyib. Ancaq onlardan danışır, özünə ölüm arzulayırmış.
Rüfət sonuncu dəfə mayın 4-ü dostları ilə görüşmək adıyla Abşeron rayonu, Məmmədli kəndində yaşadıqları evdən çıxaraq Novxanıya gedib və orada intihar edib.

Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində xidmət keçən leytenantımız evin tək oğlu olub. Prezidentin sərəncamı ilə Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasına görə, həmçinin, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunan zabitimiz Hövsan qəsəbəsində yerləşən Dədə Qorqud qəbirsanlığında torpağa tapşırılıb.

Daha ətraflı videomaterialı təqdim edirik:



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın