Cəmil Məmmədlinin məhkəməsində saxta sübütlar

10, 04, 21
22:00

Cəmil Məmmədlinin məhkəməsində saxta sübütlar


Araşdırmaçı jurnalist Cəmil Məmmədliyə qarşı Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsinə baxılıb.

Azerbaycanrealligi.com xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Cəmil Məmmədlinin Ziyəddin Əliyevlə bağlı yazdıqlarında diffamasiyanın olub-olmaması araşdırılıb. İttiham tərəfi jurnalistin sosial şəbəkələrdə yazdığı amma icra başçısına aid olmayan statuslarını da sübut kimi təqdim etməyə çalışıb.

Cəmil Məmmədli isə Ziyəddin Əliyevin barədə yalnız korrupsiya faktlarını ictimailəşdirdiyini, qarşı tərəfin təqdim etdiyi statusların ona aid olmadığını bildirib. Proses aprelin 19-na təxirə salınıb.

Cəmil Məmmədli Ziyəddin Əliyevin 200 nəfərin kartını mənimsədiyini yazıb. Bundan sonra icra başçısı jurnalisti xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın