Putinin Ərdoğana Qarabağ zəngi o deməkdir ki... - Politoloq

10, 04, 21
14:00

Putinin Ərdoğana Qarabağ zəngi o deməkdir ki... - Politoloq


"Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana zəng edib Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü barədə onu məlumatlandırması və Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması zərurətini bildirməsi Kreml sahibinin Türkiyənin bölgədə varlığını qəbul etməsinin daha bir göstəricisidir".

Azerbaycanrealligi.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Kreml Türkiyənin Cənubi Qafdazda və Azərbaycanda möhkəmlənməsi amilini qəbul edib. Növbəti mərhələ Türkiyənin Qarabağda hərbi varlığını təmin etməkdir – bunu da Kreml qəbul etməli olacaq”, - ekspert vurğulayıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın