Milyonçu Qod Nisanov qaziyə ev bağışladı - VİDEO

06, 04, 21
18:00

Milyonçu Qod Nisanov qaziyə ev bağışladı - VİDEO


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Baku TV 44 günlük Vətən müharibəsində iştirak edərək yaralanan və ayaqlarından ciddi xəsarət alan qazı Rüstəm Qurbanov haqqında reportaj hazırlayıb. 

Rüstəm anası və bacısı ilə birgə kirayədə yaşayırdı. Atası isə onları uzun illər öncə tərk edib. 

Azerbaycanrealligi.com xəbər verir ki, Qazi Baku TV-nin vasitəsi ilə istəyini dilə gətirərək ev istədi. 

Onun arzusunu isə xeyriyyəçi iş adamı Qod Nisanov reallaşdırdı. 

Belə ki, Qod Nisanov Yeni Yasamalda yerləşən binaların birindən qazimizə tam təmirli ev hədiyyə edib.

Daha ətraflı Baku TV-nin süjetində:


Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın