Ziya Məmmədovun Bakıdakı villası yandı - YENİLƏNİB

02, 07, 18
10:35

Ziya Məmmədovun Bakıdakı villası yandı - YENİLƏNİB

Ziya Məmmədovun Bakıdakı villası yandı - YENİLƏNİB


"Qafqazinfo"nun əməkdaşları hadisə yerinə gedib. Məlum olub ki, Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarından yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.
Villanın mühafizəçiləri bildirib ki, yanğının böyüməməsi üçün hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və qarşısı qısa müddətdə alınıb.
****
Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb. “Qafqazinfo” xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.
Şahidlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.

Bizimlə əlaqə saxlayın