Neftçala əhalisinin başını pambıqla kəsənlər: "Maliyə Rəşid" və "Xəstəxana Telman"

01, 07, 18
12:28

Neftçala əhalisinin başını pambıqla kəsənlər: "Maliyə Rəşid" və "Xəstəxana Telman"

Ölkəmizdə hər kəsə məlumdur ki, ölkə başçısı İlham Əliyev hər çıxışında vətəndaşları məmur özbaşınalığına qarşı mübarizəyə səsləyir və o da məlumdur ki, Azərbaycan prezidenti ölkədaxili məmur özbaşınalığı ilə bağlı məşhur çıxışında bildirmişdir: Hansı vətəndaş və yaxud da media orqanı məmur özbaşınalığını ictimailəşdirirsə, həmin şəxs, həmin media nümayəndəsi həm dövlətə kömək etmiş olur, həm də mənə”. Hətta buna görə, ölkə başçısı jurnalistləri öz dostu adlandırıbdır və medianı dördüncü hakimiyyət hesab edir. Amma təəssüf ki, ölkə başçısının bu sözləri Neftçalanın bəzi harınlamış məmurlarına - rayonun Maliyə şöbəsinin müdiri Rəşid Manafov və Mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov kimilərinə  təsir etmir, bu şəxslər özlərini əli Azərbaycan xalqının qanına batmış və hal-hazırda həbsdə yatan qanlı generallardan betər aparır və Neftçala əhalisinə qənim kəsliblər. Vəzifə səlahiyyətlərindən sui-istifadə ilə yanaşı bu cinayətə əlavə olaraq qanunsuz yollarla biznes imperiyası qurmaqla məşğuldurlar. Adı çəkilən cütlük haqqında Azerbaycanrealligi.com xəbər sayiti olaraq qısa araşdırma aparmışıq. Araşdırmamızı izləyicilərimizə təqdim edirik.

Neftçala rayon mərkəzi xəstəxananin baş həkimi Telmaz Zahidovun Fotosu

 Neftçalanın Mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidovun rəhbərlik etdiyi dövlət xəstəxanasında rüşvət tüğyan edir desək, həqiqəti tam əks etdirmərik. Rüşvət bu xəstanada fantan vurur, rayonda hər kəs Mərkəzi xəstəxananı dövlət xəstəxanası yox, “Telman doxturun özəl xəstəxanası” kimi tanıyır. Belə ki, burada qeyri-adi səbəblər göstərilərək qiymətlər qoyulur və pul ödəniş miqdarları təqdim olunur. Məsələn: doğum şöbəsində bir uşaq anadan olduqda oğlan uşağına görə 2000 AZN, qız uşağı dünyaya gəlirsə, 1600 AZN pul ödənilməlidir. Xadimə kimi işə götürmək üçün 2000 AZN, diplomsuz tibb bacısı vəzifəsinə düzəlmək üçün 5000 AZN, diplomlu tibb bacısı vəzifəsinə isə 3000 AZN ödənilməlidir.

Bir sözlə, rayonun dövlət xəstəxanasını rüşvət makinasına çeviriblər, hələ bunlar bəs etməyib ölkə başçısının pambığın inkişafına dəstək layihəsi adı altında vəzifədən sui-istfadə edərək çirkin əməlləri ilə bu layihənin rayonda inkişafına əngəl törədirlər. Belə ki, Rəşid-Telman cütlüyü rayonun bəzi məmurları ilə əlbir olaraq Neftçala rayonun Boyat kəndi ərazisindən xol adlanan əraziyə kimi vətəndaşlara məxsus olan 100 min hektardan çox torpaq sahəsini alaraq şəxsi pambıqçılıq biznesi qurublar. Hətta pambıq yığınına Mərkəzi xəstəxananın işçilərini də cəlb ediblər. Maraqlıdır ki, bu məmurlardan “Xəstəxana işçiləri xəstələrə xidmət göstərməlidir, yoxsa pambıq yıgmalıdır?” sualına cavab istəyən yoxdur.

 Neftçala Maliyyə şöbəsinin müdiri Rəşid Manafov haqqında isə deməklə, danışmaqla söz bitməz. Bu şəxs insanların evini, malını, mülkünü qanunsuz yollarla özələşdirib öz qohumlarının adına keçirməkdən yorulmaq bilmir. O, Neftçala rayonunun mərkəzindəki köhnə İcra Hakimiyyətinin binasına yaxın nəhəng bir obyekt tikib yeznəsinin adına özəlləşdirib. Obyektin içində sayı-hesabı bilinməyən otaqlar, dərzi otağı, kişi salonu, qadın salonu, valuyta dəyişdirmə məntəqəsi, ayaqqabı təmiri kimi aylıq xidmətlər fəaliyyət göstərir, həmin obyektin otaqları vətəndaşlara icarəyə verilib. Bundan başqa, rayonda “İstisu” adlanan müalicəvi istirahət mərkəzini də Rəşid Manafov öz qohumlarının adına özəlləşdirib. Ölkə başçısının rayonun inkişafına ayırdığı büdcə pulunu Rəşid Manafov ata malı kimi dövriyyəyə buraxıb öz şəxsi biznesinə xərcləyir. Kənar şəxslər onun qara əməllərini görməsinlər deyə özünə Neftçala Mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidovu da şərik götürüb. Əldə etdiyimiz məlumata görə, bir neçə gün əvvəl bir vətəndaş rayon xəstəxanasında rüşvətə etiraz edən zaman Telman Zahidov yaxınlaşaraq onu vurmağa cəhd edib. Mübahisə zamanı o, etiraz edən şəxsə hədə-qorxu gələrək bildirib ki: “Mənim 300 min başlıq maldarlıq təsərrüfatım var. Cəmi 10 inəymi sataram, verərəm polisə, sənin evindən gəlib 10 kiloqram narkotik maddə çıxararlar. Basdıraram gedərsən içəri”. Qeyd edək ki, bu, baş həkim Telmanın ilk hədəsi deyil, rayonda ona kim etiraz edirsə, bu cur hədə-qorxu gəlir.        

 Neftçala rayonunda “Maliyə Rəşid”, “Xəstəxana Telman” kimi tanınan bu şəxslərdən şikayət həddindən çox olduğu üçün yazmaqla bitmir. Çoxsaylı vətəndaş şikayətləri nəticəsində düşünürük ki, jurnalist araşdırma qrupu yaradaraq bu həftə rayona səfər edək. Onların hansi qeyri-qanuni bizneslərlə məşğul olmalarını sübut edən faktlar əldə etmək, rayonun mərkəzində onlar tərəfindən özəlləşdirilmiş çoxsaylı obyektlərin video görüntülərini və foto şəkillərini cəmiyyətin diqqətinə əsaslı şəkildə çatdırmağı planlaşdırırıq.

Mövzunu diqqətə saxlayacağiq



Azerbaycanrealligi.com Şikayətiniz varsa Whatsapp: 055 8288841

Bizimlə əlaqə saxlayın