Anamın da aralarında olduğu meyitləri xəndəklərə doldurub... - DƏHŞƏTLİ ETİRAFLAR


XX yüzilliyin ən amansız soyqırımılarından sonuncusunun – Xocalı müsibətinin 29-cu ili tamam olur. Bir çox Xocalı sakini builki 26 fevral tarixinin qələbə əhval-ruhiyyəsi ilə müşayiət olunduğunu deyir. Elə Xocalı soyqırımının canlı şahidi, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova da bu cür düşünür.

Azerbaycanrealligi.com xəbər verir ki, Yasəmən Hüseynova 12 yaşı olarkən Xocalıdan çıxıb. Hər iki valideynini həmin qarlı və qanlı gecədə itirib. Hər iki valideynini itirən 25 xocalılı uşaqdan biridir. Y.Hüseynova “25-lər”in nümayəndəsi kimi Publika.az-a müsahibəsində başlarına gələn müsibətləri bir daha xatırladı.

Yasəmən xanım, bu il Xocalı soyqırımı necə qeyd olunur, matəm, yoxsa qələbə əhval-ruhiyyəsi ilə?..

- Bu il Xocalı soyqırımının anım günü əvvəlkilərdən fərqli qeyd olunur. Çünki müzəffər ordumuz Xocalı qurbanlarının intiqamını aldı. Xocalı soyqırımını törədən qatillərin böyük əksəriyyəti 44 günlük müharibə zamanı məhv edildi. Ordumuz qələbə ilə bizi sevindirdi. Ona görə də matəm havası müəyyən dərəcədə qələbə əhval-ruhiyyəsi ilə əvəz olunur.

Xocalıya qayıdacağınıza inanırsınızmı?

- Biz hələ ki, Xocalıya gedə bilmirik. Amma inşallah gedəcəyik. Mən cənab Prezidentimizə və igid əsgərlərimizə güvənirəm. Xocalıya qayıdacağıma ümidim hədsiz böyükdür. Xocalı bizimdir, bizim də olacaq. Mənim üçün də builki anım günü qələbə əhval-ruhiyyəsi ilə müşahidə olunacaq.

- Xocalı ilə bağlı hansı arzularınız var?

- Mən istəyirəm ki, orada muzey olsun. Xocalıda soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulsun. Quba məzarlığında olduğu kimi, həmin abidə kompleksinin birinin də Xocalıda olmasını istəyirəm. Xocalıda, kəndimizin içərisində bizim meyitlərimiz qalıb. Onlar bir yerə yığılıb. Xəndəklərə doldurulub. Bizim əsirlərimiz orada meyitlərimiz üçün quyu qazıblar. Həmin basdırılan meyitlər içərisində mənim anamın da cəsədi var.

- Bu məlumatları kimsə təsdiqləyib?

- Əsirlikdən qayıdan insanlar bu faktı sonradan təsdiqlədilər. Söylədilər ki, Xocalıda öldürülən günahsız insanları ermənilər xəndəklərə doldurublar. Həmin xəndəkləri isə elə Xocalıdan olan əsirlərə qazdırıblar. Arzum odur ki, Xocalıya qayıdım və orada bir kompleks yaradılsın, mənə də təsəlli olsun ki, anamın da bir məzarı var.

- Ermənilər ananızı necə öldürmüşdü?

- Ermənilər anamı babamgilin həyətində, ağacın altında öldürüblər. Onun meyitinin fotoları internetdə də var. Öldürdükləri yerdə də qalıb. Sonradan xəndəklərə doldurub basdırıblar. Meyitini gətirə bilmədik. Anamın məzarı da yoxdur. Mən bu cür arzularla yaşayıram. Bir də ki, anamın şəhid olduğu yerə getmək istəyirəm. Xocalıya qayıdacağımız gün uzaqda deyil. Mənim buna ümidim böyükdür. 12 yaşıma qədər boya-başa çatdığım Xocalını gedib görəcəyəm, inşallah. Öz doğma yurd-yuvalarına qayıdan məcburi köçkünlərin içərisində biz də olacağıq.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

  • 06 apr, 14:00
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi
Onları koronavirusa görə itirdik... - Siyahı

Onları koronavirusa görə itirdik... - Siyahı

  • 30 mar, 18:00
Onları koronavirusa görə itirdik... - Siyahı
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

  • 07 mar, 18:00
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

  • 06 mar, 20:00
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar