Araşdırma: "Günəşli İnşaat" saxta sənədlər ilə torpaq satır? - VİDEO

23, 02, 21
10:00

Araşdırma: "Günəşli İnşaat" saxta sənədlər ilə torpaq satır? - VİDEO


Azerbaycanrealligi.com xəbər verir ki, Azərsəs TV-yə müraciət edən vətəndaş Nəsirov Fəxrəddin Saməddin oğlu bildirir ki, ona məxsus olan, Xəzər rayonu ərazisində, Hövsan-Türkan şosesində yerləşən 25 hektar  torpaq sahəsini Abşeron rayon icra hakimiyyəti qeyri-qanuni olaraq Hümbətov Elşən adlı şəxsə  99 illik müqavilə ilə icarəyə verib. Nəsirov Fəxrəddin təqdim etdiyi sənədlərə əsasən iddia irəli sürür ki, O, adı çəkilən torpaq sahəsini 2004-cü ildə alıb. Qeyd edilən ərazidə çəkiliş edən Azərsəs TV əməkdaşları qeyd olunan  ərazinin satışı ilə  məşğul ola.  

"Günəşli İnşaat" adlanan tikinti şirkətini ilə əlaqə saxladı. Tikinti şirkətinin əməkdaşının bildirdiyinə görə satış şirkət tərəfindən həyata keçirilir və satılan əraziyə mülkiyyət çıxarışı verilir. Nəsirov Fəxrəddin eyni zamanda məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak məsələləri üzrə Dövlət komitəsinə müraciət etdiyini  bildirdi. Komitədən verilən məlumata görə onlar adı çəkilən ərazidə bir neçə dəfə monitorinq aparmış, tikintinin dayandırılması ilə bağlı akt tərtib etmişlər. Görülən hüquqi tədbirlərə baxmayaraq "Günəşli İnşaat" hələ də vətəndaşlara özlərinə məxsus olmayan torpağı satmağa davam edir.
 

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın