İndigonun sahibi, MƏCBURİ KÖÇKÜNÜ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB

12, 02, 21
10:00

İndigonun sahibi, MƏCBURİ KÖÇKÜNÜ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB


Dünyada MƏŞHUR rəssam TAHİR SALAHOVun bacısı oğlu, "İndigo" mətbəə şirkətinin sahibi TARİEL SALAHOV, 3 az yaşlı UŞAĞın atası olan məcburi köçkünü İNTİHAR həddinə çatdırıb.

Məsələ ilə bağlı Azərbaycanrealligi.com-a müraciət edən Laçın rayonundan məcburi köçkün Əhmədov Əbil Azad oğlu bilddirir ki, 2005-2009-cu illərdə ona məxsus "Promedia" reklam şirkəti ilə "İndigo" mətbəəsi arasında əməkdaşlıq mövcud idi. Bu əməkdaşlıq çərçivəsində ticarət həyata keçirib "İndigo" mətbəəsinə on minlərlə vəsait qazandırmışdır. 2009-cu ildən müflis olduğunu deyən Əbil Əhmədov bildirir ki, "İndigo" rəhbərliyi ilə qızğın iş çərçivəsində o qədər yaxın münasibəti formalaşmış olub ki, hətta ödənişləri telefon zəngləri ilə bir-birlərinə təlimat verərək həyata keçirirmişlər.

TARİEL SALAHOV

Eyni zamanda bildirir ki, "İndigo" rəhbərliyi vergidən yayınmaq üçün alış-verişi rəsmi sənədləşmələrlə deyil, nəğd qara hesablaşma ilə həyata keçirməyi təklif etmişdir. "Promedia"nın isə "İndigo"dan asılılığı olduğuna görə təklifi normal qarşılayıb onlarla əməkdaşlıq etmişdir. İş çərçivəsində müflis olduğunu bəyan edən Əbil Əhmədov bildirir ki, Tariel Salahov xüsusi qərəzlə 2009-cu ildə ödənmiş, lakin qeydə alınmamış və öz peşəkar mühasibatçıları vasitəsi ilə şişirdilmiş 5183 (beş min yüz səksən üç) manat borca görə, onu qurama ittihamla tutdurmaq istəyir.

Müflis olduqdan sonra ailəsindən uzaq qalaraq sərgərdan həyat tərzi keçirmək məcburiyyətində qalan Əbil Əhmədov bildirir ki, yaradıcı, nəcib qəlbli insan cildinə girmiş yırtıcı Salahovlardan canını qurtarmaq üçün tək yol intihar etməkdir!!!

İcra məmurları ona bir neçə dəfə deyiblər ki, "Sən bilirsən Tariel müəllim kimdir? O, Ədliyyə Naziri Fikrət Məmmədovun dostudur. Biz istəməsəkdə, səni tutmaq məcburiyyətindəyik."

Sözü gedən məsələ ilə bağlı, Mətbəəyə gedərək Tariel Salahovun mövqeyini öyrənməyə çalışdıq. Lakin o, söz açmağa imkan vermədən, imtina etdi tərk edin buranı deyərək, etikadan kənar hərəkətlər etdi, Buna bamayaraq yenə qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın