Türkiyə və Ermənistan arasında gizli danışıqlar gedir: İrəvana qarşı iki şərt... - VİDEO

11, 02, 21
19:00

Türkiyə və Ermənistan arasında gizli danışıqlar gedir: İrəvana qarşı iki şərt... - VİDEO


Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı gizli danışıqlar aparılır.

Azerbaycanrealligi.com xəbər verir ki, bu iddia ilə erməni politoloq Andranik Ovannisyan İstanbuldakı erməni icmasına istinadən çıxış edib.

Onun iddiasına görə, qapalı müzakirələr Almatı şəhərində keçirilir və görüşdə “ikitərəfli əlaqələrin qurulması və inkişafına dair protokol” hazırlanır.

“Ankara İrəvanın qarşısına iki şərt irəli sürüb: Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaq, ərazi iddialarından əl çəkmək; Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiasından əl çəkmək;”, - Ovannisyan iddiasında qeyd edib.
 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın