Rusiya çalxalanır- Putinin sonunun başlanğıcı gəldi


"Rusiya hakimiyyəti  Aleksey Navalnının həbs olunmasına qarşı etirazların qarşısını almaq üçün müxtəlif tədbirlər görür. İki gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) qurucusunun bir neçə tərəfdarı tutulub, 21 yanvarda FBK vəkilləri Lyubov Sobol və Vladlen Los həbs olunub. Lyubov Sobol 250 min rubl cərimə ediləndən sonra sərbəst buraxılıb. İki gün əvvəl Navalnının mətbuat katibi Kira Yarmış və FBK-nın  İstintaq İdarəsinin əməkdaşı Georgi Alburov saxlanılıb, onlar dünən məhkəmə qarşısına çıxarılaraq icazəsiz kütləvi tədbir təşkil etməkdə günahlandırılaraq 9 və 10 gün müddətinə həbs olunublar".

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

O vurğulayıb ki, Moskva prokurorluğu internet nəhəngləri Facebook, TikTok, Twitter, Google və Mail-Groupa, öz növbəsində, beş internet xidmətinə razılaşdırılmamış mitinqdə iştirak etmək çağırışları ilə məlumatların yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edib:

"Rusiya Təhsil Nazirliyi valideynlərə uşaqlar və böyüklər üçün alternativ istirahət fəaliyyətləri - "meşədə gəzmək", "sevdiyiniz filmlərə baxmaq", "ailə üzvləri ilə yemək hazırlamaq"- təklif edərək valideynləri məktəblilərin etiraz aksiyalarına icazə verməməyə çağırıb. Bir sözlə Putin hakimiyyəti bütün resurslarını işə salaraq etirazları əngəllməyə çalışır.  Amma artıq Maqadanda və Xabarovskda etirazçılar küçələrə axışır. Polislər Xabarovskda vilayət dumasının deputatı Maksim Kukuşkini saxlayıblar. Bu gün Rusiya çalxalanır. Putinin idarəçiliyindən təngə gələn caamat yalnız Navalnıyi müdafiə etmək üçün deyil, həm də rejimə yox demək üçün etiraz edir. Rusiyada yaşam şərtləri sürətlə pisləşir, qiymətlər bahalaşır, rubl dəyərdən düşür. Bu hələ son deyil, sonun başlanğıcıdır. Navalnıyın hazırladığı "Putinin sarayı: Dünyanın ən böyük rüşvətin tarixçəsi (Putin's palace. History of world's largest bribe)" video araşdırması Youtube-da 3 gün ərzində 65,109,046 dəfə baxılıb. Bu  yalnız Navalnıya rəğbətin deyil, həm də Putinə olan nifrətin göstəricidir".

Azerbaycanrealligi.com 

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

  • 16 fev, 23:00
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO
Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur!

Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur!

  • 06 fev, 15:00
Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur! 
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

  • 12 yan, 23:30
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

  • 12 dek, 19:30
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar