Bütün erməni silahlıları Qarabağdan çıxarılacaq - üçlü anlaşmanın mühüm bəndi icra olunacaq

09, 01, 21
17:00

Bütün erməni silahlıları Qarabağdan çıxarılacaq - üçlü anlaşmanın mühüm bəndi icra olunacaq

Erməni mediası yazır ki, İrəvan hakimiyyəti ermənilərin yüz illik xəyallarını əllərinin kiri kimi yuyub, atır...


10 noyabr tarixli üçlü anlaşmanın (Rusiya-Azərbaycan-Ermənistan) gizli saxlanılan, geniş ictimaiyyət üçün açıqlanmayan tərəfləri var! Bu barədə ayrı-ayrı məlumatlı ekspertlər, KİV nümayəndələri dəfələrlə yazıblar.

Bu sənəd Ermənistan üçün kapitulyasiya aktıdır - buna kimsənin şübhəsi yoxdur. Baş nazir Nikol Paşinyan o sənədə Ermənistan adından imza atmaqla, şərti inzibati ərazi - Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Həmin sənədə imza atmaqla, dünya ermənizminin ‘’Artsax’’ adlı sərsəm ideologiyasına da son verib.

Bəli, sənəddə bu sadaladıqlarımız konkret ifadələrlə rəsmiləşməyib. Konkret ifadə ilə rəsmiləşəməyən, amma hamının qəbul etdiyi daha bir gerçəklik də var: 10 noyabr anlaşması Ermənistanı və Qarabağdakı erməniləri xilas etdi. Lakin eyni zamanda, Azərbaycanın mürəkkəb bir dünya düzəni içərisində olduqca cəsur bir addımını - Vətən müharibəsi modelində öz torpaqlarını işğaldan azadetmə prosesini legitimləşdirdi. Prosesdə qarant dövlətlər kimi Rusiya və qardaş Türkiyənin də iştirakı həmin legitimləşdirməni DAHA QABARIQ ŞƏKİLDƏ ORTAYA ÇIXARDI. Hər iki ölkə Dağlıq Qarabağ münaqişəsinə görə qurulmuş ATƏT-in Minsk Qrupunun üzvləridir. Rusiya isə ən təsirli həmsdərlərdən biridir. Münaqişə tərəfləri + belə bir format prosesə kənar müdaxiləni və Azərbaycana qarşı planlaşdırlan sanksiyaları sıfırladı.

İmzalanan sənədin gizli tərəflərindən ən mühümü bu prosesə Türkiyənin daxil olmasıdır. Bu mühüm qərara cənab Putinin timsalında Rusiya, Paşinyanın timsalında isə Ermənistan razılıq verib. Azərbaycan təbii ki, belə bir iştirakdan və Türkiyənin Güney Qafqaza siyasət və ordu ilə daxil olmasından məmnundur.
Vedomosti”: Türkiyənin Qafqazda nüfuzu artdı, Rusiyanın isə azaldı – GADTB
Lakin bu detal və anlaşmadakı bir çox sətiraltı məqamlar xüsusi qabardılmadı, reklam olunmadı. Niyə? Tək bir səbəbdən: Ermənistan ictimaiyyəti ağır məğlubiyyətin üstündən bir də belə şokları yaşayıb, panik bir şəkildə iğtişaşlara başlamasın, üzərinə ciddi öhdəliklər götürmüş Paşinyanı devirib, idarə olunmaz proseslərə rəvac verməsin. Dünya erməniliyi, təbii ki, Türkiyənin hər hansı şəkildə Dağlıq Qarabağ adlı keçmiş münaqişənin həllində, yaxud onunla bağlı hər hansı prosesdə iştirakına qarşıdır. Ermənistan ictimaiyyətini və o cümlədən də dünya erməniliyini Paşinyana qarşı olandan artıq qıcıqlandırmamaq üçün günü bu gündə də üçlü anlaşmanın bir sıra mühüm detallarının üstünə gəlinmir.

Bu detallardan biri də Ermənistana aid hərbi birliklərin və dəstələrin Qarabağ ərazisindən çıxarılmasıdır. Bu barədə anlaşmada birmənalı yazılıb. Rusiya sülhməramlıları əraziyə daxil olur, erməni silahlıları isə ərazini tərk edir. Lakin Qarabağdakı qanunsuz rejimə bağlı silahlıların və məğlubiyyəti həzm edə bilməyən daşnak ekstremistlərin nəzarətdən tam çıxmaması, üsyan etməməsi üçün bu qərarın icrası ləngidilir.
Rusiya sülhməramlıları bir müddətdən sonra Azərbaycanı tərk edəcək” -  ekspert » Regionxeberleri.com
Anlaşmaya görə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndindəki bütün erməni silahlıları bölgəni tərk edəcək. Müvəqqəti ləngiyən bu proses qarşıdakı günlərdə öz həllini tapacaq. Dağlıq Qarabağdakı qanunsuz rejimə bağlı olan media da bunu yazır. ‘’Artsax Respublikası’’ adlı teleqram səhifəsi bu başlıqda xəbər yayıb: “Paşinyan Moskvada müqavilə imzalayacaq, Ermənistan hərbçiləri Qarabağdan çıxacaq”
Bəs Xocalı, Xankəndi, Xocavənd?” deyənlərə CAVAB | KONKRET
Xəbərdə açıq yazılır: “Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan Moskvaya səfəri zamanı bir müqavilə imzalayacaq (oradakı bəndlərdən birinə görə), bundan sonra Ermənistan ”Artsax"dan qoşunlarını geri çəkməli olacaq. Ermənistandan “Artsax”a xidmətə gələn bütün hərbçilər nəzərdə tutulur. Görünən budur ki, Ermənistan hakimiyyəti “Artsax”ı əllərinin kiri kimi yuyub, atır..." (Dırnaq işarələri Musavat.com-undur)

Bizim şərh: Beləliklə, üçlü müqavilənin ictimaiyyətə elan olunmayan hissələrinin  icrası başlayır. Xankəndindən və şərti olaraq Dağlıq Qarabağ adlandırılan bütün ərazidən Ermənistana aid silahlı qüvvələr ən yaxın zamanlarda çıxarılacaq. Azərbaycan iqtidarı səbirlə onların icra ediləcəyi zamanı gözləyir.

Onların yerini isə Rusiya sülhməramlıları, bəzi fraqmentlərdə isə Azərbaycan - Türkiyə ortaq qüvvətləri tutacaq...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın