Bu gün Azərbaycana qış gəlir

21, 12, 20
12:00

Bu gün Azərbaycana qış gəlir


Bu il ölkəmizə qış fəsli bu gün - dekabrın 21-i saat 14:02:18-də daxil olacaq.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatında deyilir.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə olur.

Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın