Şok: Baku Medical Plazada uşağı öldürdülər, cəsədini 10 min manat satırlar - VİDEO

28, 06, 18
14:32

Şok: Baku Medical Plazada uşağı öldürdülər, cəsədini 10 min manat satırlar - VİDEO

Azerbaycanrealligi.com Mer.az-a istinadən xəbər verir ki, “Baku Medikal Plaza”da beş yaşlı uşaq həyatını itirib. Körpənin nənəsi Mustafayeva Sona İsmayıl qızının verdiyi məlumata görə, qızdırma səbəbiylə uşağı sözügedən klinikaya gətiriblər. Əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra valideynlərə bildiriblər ki,  uşaq komaya düşüb: “İndi də bizə deyirlər ki, 10 min manat ödəyin, cəsədi sizə təhvil verək”.Əməkdaşımız məsələylə bağlı klinikanın mühasibatlıq şöbəsində olub. Bildirilib ki, körpənin yaxınlarının dediyi həqiqəti əks etdirmir: “Uşaq ekspertiza rəyi almalı, dəqiq diaqnoz qoyulmalı, əgər həkim səhlənkarlığından ölübsə həmin həkim cəzalanmalı və ölümün səbəbi açıqlanmalıdır”.
Qeyd edək ki, klinikanın mühafizə xidməti çəkiliş aparmaq istəyən əməkdaşımıza qarşı təzyiq göstərib və şikayətçi qismində kameraya danışan nənəni əməkdaşımızdan uzaqlaşdırıblar.
Həmin görüntüləri təqdim edirik.



Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın