sitename

Səbr artıq tükənib: “Onun üçün nəticələr çox ağır olacaq”


Ermənistan Azərbaycanı təxribata çəkmək cəhdlərini davam etdirir. 

Azerbaycanrealligi.com xatırladır ki, 2016-cı ildə baş verən “aprel döyüşləri”ndə ağır zərbə alan rəsmi İrəvan bu il iyulun 12-də növbəti dəfə genişmiqyaslı təxribata əl atıb. Azərbaycanın Tovuz istiqamətindəki mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələri bir neçə günlük döyüşlər nəticəsində yenidən geri oturdulub. 

Rəsmi İrəvan “aprel döyüşləri”ndə olduğu kimi “iyul təxribatı”nı də daxili auditoriya üçün qələbə kimi qələmə verir. Halbuki, döyüşlər başlayar-başlamaz Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək yardım istəmişdi. Əgər doğrudan da “iyul təxribatı”  Ermənistan hərbçilərinin qələbə ilə bitən uğurlu əməliyyatı idisə o zaman KTMT-yə müraciət edirdi? Bu sualın cavabı açıq qalır.

Bəs hər dəfə sarsıdıcı cavab alan Ermənistanın bu təxribatları davam etdirməkdə məqsədi nədir?

Siyasi analitiklər hesab edir ki, rəsmi İrəvan Dağlıq Qarabağla bağlı sülh danışıqlarını pozmağa çalışır. Çünki hazırki format Ermənistanın maraqlarına uyğun deyil. Rəsmi İərvan illərdir çalışır ki, qondarma Dağlıq Qarabağ respublikası da danışıqlar prosesində iştirak etsin. Bu, faktiki olaraq separatçı rejimin tərəf kimi tanınmasıdır. Ona görə də Azərbaycan heç bir halda buna razı olmayacağını bəyan edir. Bu bəyanat dəfələrlə ölkə başçısı İlham Əliyevin dilindən səsləndirilib. Prezident növbəti dəfə bu məsələyə toxunub və Azərbaycanın mövqeyini bir daha net olaraq ortaya qoyub.  “Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq. Azərbaycanın oyuncaq kriminal xunta rejimi ilə heç bir təmasları ola bilməz”, - deyə İlham Əliyev bildirib.

Rəsmi Bakı həm də artıq ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların da artıq səmərəsiz olduğunu dəfələrlə qeyd edib. Minsk Qrupunun Ermənistanın təxribatlarını sükutla seyr etməsi, “iyul təxribatı”na iki ay sonra reaksiya verməsi, Paşinyan hakimiyyətinin situasiyanı gərginləşdirmək cəhdlərinin qarşısının alınmasına yönəlik heç bir addıma atmaması sülh danışıqlarının imitasiya xarakteri daşıdığını bütün çılpaqlığı ilə oryata qoyub. Bu halda rəsmi Bakı danışıqlarda iştirak edib-etməməsinə yenidən baxa bilər. Prezident də çıxışında buna eyham edib. “Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil”, - deyə dövlət başçısı vurğulayıb. 

Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra faktiki olaraq danışıqlar prosesini pozub. Onun Qarabağa səfərlər etməsi, separatçı rejiminin “prezidenti”ni təbrik etməsi, onun “andiçmə mərasimi”nə qatılması, bu tədbirin rəsmi İrəvanının təkidi ilə Azərbaycanın tarixi şəhəri olan Şuçada keçiriılməsi, nəhayət, “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı  Paşinyan hakimiyyətinin sülh danışıqlarında maraqlı olmadığını göstərir. Ölkə başçısı İlham Əliyevin təbirincə desək bu addımlar danışıqlar prosesini mənasız edib.

“Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. O, “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı, eyni zamanda, danışıqlar prosesini mənasız etdi”, - deyə Prezident qeyd edib.

Ermənistanın işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda qanunsuz məskunlaşdırma aparması, Livanda yaşayan erməni ailələrinin, PKK döyüşçülərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi rəsmi İrəvanın daha böyük təxribata hazırlaşmasından xəbər verir. Məlumatlara görə, “iyul təxribatı”ndan sonra daha da nüfuzunu itirmiş Paşinyan hakimiyyəti indi böyük müharibəyə hazırlaşır. Məqsəd itirilmiş nüfuzu geri qaytarmaq, eyni zamanda Azərbaycanın yeni əraziələrini keçirməkdir. Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın cəmləşməsi də bundan xəbər verir. Lakin erməni silahlı qüvvələri bu dəfə Azərbaycanın daha ağır zərbəsi ilə üzləşə bilərlər. İlham Əliyev də bunun anonsunu verib:

“Əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq”.

Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 4 082
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 1 027
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 819
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 2 027
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar