sitename

Başçının 5 villası var, vətəndaş isə... - Şəkidə acınacaqlı mənzərə - FOTOLAR


“Ötən gecə şimşək çaxdı, yağış başladı, tez evdən çıxdıq, hərəmiz bir qoşuya qaçdıq. Sağ olsun qonşularımız, heç olmasa belə vaxtlarda bizi evlərinə buraxırlar. Səhər baxdıq ki, evin içərisi su ilə dolub. Vedrə-vedrə götürüb, suyu tökdük çölə. İndi də gözləyirik ki, döşəmə, divar azca qurusun, yığışaq evə…” Azerbaycanrealligi.com DİA.AZ-a istnadən bildirir ki, bunu Şəkinin Baş Göynük kəndinin sakini Baba Salmanov deyir. O, dövlətdən evinin təmir-bərpasını, pay torpağında əkin işləri aparılması üçün şərait yaradılmasını, övladlarına və özünə iş tələb edir. 

Baba Salmanov kəndin girəcəyindəki ərazidə – özü demişkən, “nuh əyyamından qalmış” uçuq, sökük bir daxmada 9 nəfərlik ailə üzvü ilə yaşayır. Deyir, palçıqdan hörülmüş bu evi azı 50 il əvvəl atası alıb, atasından da ona qalıb. 1 otaqlıdır, ailə üzvlərinin sayı artdıqca, o bir otağın üstündə özü yatmağa yer düzəldib, kənarlarını selofanla sarıyıb: “8 övladım olub, biri elə bu şəraitsizlikdən, soyuqdan öldü, 7 övladım isə ilboyu xəstəliklərlə mübarizə apara-apara böyüdü. Oğlanlarımı evləndirə bilmirəm. Çünki ev, iş yoxdur. Gedirlər Bakıya, daş karxanalarında daş atırlar, qəpik-quruş gündəliyə işləyirlər, onu da sahibkar kəsir, hər dəfə bir bəhanə ilə zəhmət haqqını vermir. Nəticədə, nə ev qura, nə də həyatımıza çəki-düzən verə bilirik… 9 nəfər bir otaqda yatıb-durur. Qızımın ailəsi dağılıb, o da azyaşlı nəvəmlə bizə sığınıb. Uşaq dərsləriylə elə yatıb-durduğumuz bir otaqda məşğul olur”. 
Başçının 5 villası var, vətəndaş isə...
Baba Salmanovun sözlərinə görə, dövlət qurumlarının nümayəndələri tərəfindən evə yalnız bircə dəfə baxış keçirilib. O da nəticəsiz qalıb: “5-6 il əvvəl gəlib, baxıb dedilər, bu uşaq da, burda yaşayan yaşlı insanlar da yazıqdır. Bir yer tapıb köçün burdan… Bura xəstəlik mənbəyidir. Hətta, məmurlardan biri dedi: “Bu, nə evdir, mənim tualetim bundan şəraitlidir”. Baxdılar, yazıb-pozdular, dedilər, yenə gələcəyik, gəlmədilər”. 

Birotaqlı, uçuq daxma kəndin girəcəyindədir. Baba Salmanov deyir ki, hər dəfə rayon rəhbərliyindən kiminsə yolu kəndə düşəndə, götürüb evə gətirir, vəziyyətlə tanış edir. Ancaq nə faydası? Deyir, vəziyyətimizi görən məmurların hərəsi bir vəd verib, aradan çıxır. 
Başçının 5 villası var, vətəndaş isə...
Salmanovlar ailəsi evin yaxınlığındakı kiçik torpaq sahəsində meyvə-tərəvəz əkir, həmin sahədən götürdükləri məhsulla qidalanırlar. Baba Salmanov yenə qonşulara duaçıdır: “Sağ olsunlar, xeyirxah insanlar çoxdur. Oğlanlarım həftələrlə Bakıda daş karxanalarında pulsuz işləyəndə, qonşular ac qalmamağımız üçün bizə ərzaqla yardımçı olurlar. Bir kəndlinin arzusu odur ki, malı-heyvanı olsun, əkin-biçini olsun, bizdə isə bunların heç biri yoxdur. Kənddən 20 kilometr aralıda pay torpağımız olsa da, yol uzaq olduğundan, sahəyə su, gübrə, texnika verilmədiyindən indiyədək əkib-becərə bilməmişik. Dövlət şərait yaratsaydı, kəndliyə verdiyi torpaq istifadəsiz qalmazdı, əkərdik, məhsul götürərdik, dolanardıq, özümüzə şərait qurardıq, ev qurardıq, oğlanlarımızı evləndirərdik, dövlətin yaxasından da sallanmazdıq”. 
Başçının 5 villası var, vətəndaş isə...
Baba Salmanov 4 aydır ki, Şəki Rayon Məşğulluq Mərkəzinə ayaq döyür ki, ödənişli ictimai işlərdən birini də ona ayırsınlar. Ancaq ona “boş iş yeri qalmayıb” deyilir: “Rayonda, kəndlərdə kimə baxırsan, hamı işsiz-gücsüz gəzişir, hamı iş axtarışındadır. Kim Məşğulluq Mərkəzinə gedirsə, elə qapıdaca deyirlər, iş yerləri dolub. Hamı da mənim kimi axtarır görsün ki, icra hakimiyyətinin də, Məşğulluq Mərkləzinin də dediyi minlərlə iş yerlərinə götürülənlər kimlərdir?” 

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 4 072
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 1 018
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 809
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 2 016
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar