İrəvan təşvişdə: Ərdoğan Putini razı salır...

28, 06, 18
01:07

İrəvan təşvişdə: Ərdoğan Putini razı salır...

İrəvan təşvişdə: Ərdoğan Putini razı salır...

Ərdoğanın zəfəri təkcə Qərb üçün deyil, eyni zamanda Ermənistan üçün pis xəbərdir. Bunun ən vacib səbəbi isə Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsidir.
Axar.az xəbər verir ki, bu sözləri “Sputnik” agentliyinə Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanmasını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov deyib.
Mixaylovun sözlərinə görə, Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatiya yolu ilə Rusiyaya nüfuz etməsi və Moskvanı Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfinə çəkməsindən narahatlıq keçirir.
“Bütün beynəlxalq ictimaiyyət Türkiyədəki prezident seçkilərini narahatlıqla gözlədi. Ərdoğanın seçkiləri mütləq şəkildə uduzacağı iddia olunan informasiya kirliliyi səbəbi ilə gərginlik daha da artdı. Türk liderin əleyhdarları Türkiyənin qeyri-müəyyənlik və siyasi xaos yoluna qədəm qoyacağı fikrini müdafiə etdi. Bunu xüsusilə müstəqil qərarlar qəbul edən böyük, regional və müsəlman bir ölkəyə qarşı çıxan Avropa Birliyi və ABŞ istədi. Ancaq bir fəlakət yaşanmadı və türk xalqı Ərdoğana və onun siyasi xəttinə inamını təsdiqlədi”, - ekspert bildirib.
Ekspertin fikrincə Rusiya Prezidenti Vladimir Putinin seçkilərdən sonra Ərdoğanı təbrik edən ilk liderlərdən biri olması təsadüfi deyil.
“Rusiya və Türkiyə həm tarixi, həm də siyasi baxımdan bir çox ortaq nöqtəyə sahibdir. İki ölkə qarşıdakı illərdə beynəlxalq arenada əməkdaşlığı daha da inkişaf etdirə bilər və bir çox problem qarşısında koordinasiyalı şəkildə hərəkət edə bilər”, - ekspert əlavə edib.

Bizimlə əlaqə saxlayın