sitename

Bakıda yolları süni şəkildə daraldırlar - Yaxşı eləyirlər, amma düz eləmirlər? - FOTO


"Yolların abadlaşdırılması yaxşı layihə olsa da, Bakı şəhəri üçün əlverişli deyil.  Çünki Bakı şəhərinin avtonəqliyyat infrastrukturu sıradan çıxıb" - Eldəniz Cəfər 

Karantin rejimi "yumşaldıqca" paytaxtda tıxacların sayı da artır. Günün istənilən saatında Ziya Bünyadov prospekti, Təbriz, Həsən Əliyev, Şərifzadə küçələrində, Bakı-Sumqayıt yolunda tıxaclara düşə bilərsiniz.

Paytaxtda avtomobil çoxluğu bir kənara, bir də yolların təmiri zamanı həyata keçirilən proseslər - yollara çıxıntıların əlavə edilməsi, piyada səkilərinin genişləndirilməsi - yolları daraldaraq, tıxacların yaranmasına səbəb olur.

Xətai rayonunun N.Tusi küçəsində yol-təmir işləri 

Məsələn, bir müddət əvvəl Xətai rayonunun N.Tusi küçəsində yolun təmirinə başlanılıb. Əvvəllər geniş olan yol bu təmir işləri başlayandan sonra xeyli darlaşıb. Əgər əvvəl yol 4 zolaqlı idisə, indi həyata keçirilən "möhtəşəm" təmirin nəticəsi olaraq, iki zolaqlı olub. Bundan əlavə, yola əlavə edilən çıxıntılar, piyada səkilərinin iki avtomobil tutacaq qədər genişləndirilməsi də narahatedici məqamlardandır. Sakinlər də elə bundan narahatdırlar. 

Onların firkincə, axşam saatlarında yolda hərəkət etmək işgəncəyə çevrilir. Yola əlavə edilmiş beton çıxıntıları sürücülər görə bilmədiklərindən yol təhlükəli vəziyyət alıb.

"Əvvəllər yol geniş idi, heç bir problemimiz də yox idi. İndi yolu təmir etməyə başlayıblar. Səkilər genişləndirilib, xüsusi çıxıntılar qoyulub və yol daralıb. Yuxarıdan dönüş edən avtomobillər çıxıntıları görmədiyi üçün qəza da baş verə bilər. Bu, bizə lazım deyildi. Kimə lazımdır?" - deyə sakinlər narazılıqlarını bildirirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli açıqlamasında bildirib ki, məsələ ilə Bakı Nəqliyyat Agentliyi məşğul olur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə açıqlamasında bildirib ki, Xətai rayonu ərazisində bir çox küçə və prospektlərdə yenidənqurma işləri aparılan zaman layihələndirmə BNA-nın mütəxəssiləri tərəfindən həyata keçirilib. 

"Layihələndirmə işləri aparılan zaman piyada təhlükəsizliyi amili əsas götürülüb. Müasir şəhərsalma elementlərindən olan səki çıxıntıları qoyulub. Səkilərin iddia edildiyi kimi böyük olması məhz piyada təhlükəsizliyi istiqamətində atılmış addımdır. Aparılan təhlillər bunu göstərir ki, səki çıxıntılarının təşkil edildiyi küçələrdə piyada təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıb", - deyə M.Ağayev bildirib.

Onun sözlərinə görə, Məzahir Rüstəmov küçəsində də səki çıxıntıları təşkil edilib. Və həmin küçədə təhlükəli hal qeydə alınmayıb.

M.Ağayev əlavə edib ki, bu yenilik düzgün qəbul edilməyə bilər. Ancaq qəbul etmək lazımdır ki, küçələrdə daha çox piyada təhlükəsizliyinə önəm verilməlidir.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər açıqlamasında bildirib ki, Bakı şəhərində tikinti özbaşınalığı davam edir. Və bu özbaşınalıq təkcə binaların, obyektlərin tikintisində deyil, yolların tikintisində də özünü büruzə verir.

"Artıq elə bir vəziyyətdir ki, tikinti zamanı uşaq meydançaları, avtomobil yolları belə, zəbt edilir. Və heç bir qurum bu prosesə müdaxilə etmir. Bakı şəhərinin infrastrukturu məhv edilir", - ekspert bildirib.

Onun sözlərinə görə, yolların abadlaşdırılması yaxşı layihə olsa da, Bakı şəhəri üçün əlverişli deyil.  Çünki Bakı şəhərinin avtonəqliyyat infrastrukturu sıradan çıxıb. Yollarda hər-hansı çıxıntıların olmasının, piyadalar üçün rahatlığın yaradılmasının heç bir nəticə verməyəcəyini vurğulayan E.Cəfərin fikrincə, Bakıda istənilən vaxt piyada keçidləri və yollar müəyyən iş adamları tərəfindən zəbt edilə bilər.

"Bakı Nəqliyyat Agentliyi Bakı əhalisi, mötəbər məmurlar, iş adamları ilə qarşı-qarşıya qalıb. Qurum nə qədər işlər görmək istəsə də, bu, vəziyyəti dəyişmir", - deyə o əlavə edib.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 3 958
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 933
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 712
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 1 933
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar