sitename

DİN Bakıda filim kimi əməliyyat keçirdi - 8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı FOTO VİDEO


Respublikanın daxili işlər orqanları tərəfindən qara bazarda dəyəri 8 milyon manat olan 86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Azerbaycanrealligi.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 12-də həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Belə ki, Baş İdarə əməkdaşlarının əldə etdikləri məlumat əsasında Qaradağ rayonu ərazisində keçirdikləri əməliyyat zamanı paytaxt sakini Adil Eyvazov və Cəlilabad rayon sakini Xəyal Quliyev saxlanılıblar. Adil Eyvazovun idarə etdiyi “Ravon” markalı avtomobilin yük yerinə baxış zamanı bağlamalarda ümumi çəkisi 86 kiloqramdan artıq olan narkotik vasitə və psixotrop maddə, o cümlədən 61 kiloqrama yaxın heroin, 10 kiloqramdan artıq tiryək və 15 kiloqram 299 qram metamfetamin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 8 milyon manatdır.

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan “Milad” adlı qonşu dövlətlərdən birinin vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində gizlədilən yerdə qəbul ediblər. Xəyal Quliyev və Adil Eyvazov narkotikləri Bakı şəhərində satışını təşkil etmək məqsədi ilə götürüb paytaxt istiqamətində hərəkət edən zaman Baş İdarə əməkdaşları tərəfindən tutulublar.

Sorğu zamanı Xəyal Quliyev və Adil Eyvazov bir müddət əvvəl də həmin şəxsin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərdiyi 10 kiloqramdan artıq narkotik vasitəni qəbul etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Adil Eyvazov və Xəyal Quliyev tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.







Azerbaycanrealligi.com 


Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 3 958
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 934
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 712
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 1 933
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar