SON DƏQİQƏ: Jurnalisti döyən şəxs saxlanıldı

12, 09, 20
12:01

SON DƏQİQƏ: Jurnalisti döyən şəxs saxlanıldı


Azerbaycanrealligi.com AzTimes.az-a isitnadən xəbər verir ki, dünən Azad Media nümayəndəsi Əvəz Hafizli öz peşə fəaliyyətini həyata keçirərkən tanımadığı şəxs tərəfindən təzyiqə məruz qalıb. Belə ki, Bakı şəhər Nərmanov rayon İcra Hakimiyyəti qarşısında bir qrup şəxsin icra hakiminin istefasını tələb etmək məqsədilə keçirdiyi aksiyada çəkiliş aparan jurnalistə yaxınlaşaraq hücum edən şəxs ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək ərazidən uzaqlaşmışdır.

Məsələ ilə bağlı 102 məlumatı verilmiş, DİN-nin əməkdaşları jurnalistə olunan zorakılığın araşdırılması məqsədi ilə dərhal hərəkətə keçmişdir. Nərimanov rayon 18 -ci polis bölməsinin əməkdaşları hadisə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əliyev Nuran Emin oğlunu saxlamışlar. Bölmədə törətdiyi əməli etiraf edən vətəndaş peşman olduğunu bildirmiş, hadisə zamanı affekt vəziyyətində olduğunu, bunu isə bir neçə gün sonra hərbi xidmətə yollanacağı və atasının qəfl vəfatı ilə bağlı olduğunu bildirmişdir. Onun hərbi xidmətə yollanacağını öyrənən Əvəz Hafizli gəncdən şikayətçi olmadığını bildirmişdi.

Əvəz Hafizli AzTimes.az-a açıqlamasında baş vermiş hadisəni diqqətdə saxladığı üçün DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov cənablarına və Nərimanov rayon 18-ci polis bölməsinin rəisi Bayram Əliyevə öz dərin minnətdarlığını bildirmişdir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın