sitename

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA


“Nə qədər ki, ictimai nəqliyyatda sosial izolyasiya qaydalarına əməl olunmayacaq, o qədər də virusun yoluxma statistikasında azalma müşahidə olunmayacaq”. 

Azerbaycanrealligi.com xəbər verir ki, bunu professor Adil Qeybulla Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi sualına cavab verərkən deyib.

Professorun sözlərinə görə, bəzi insanlar karantin qaydalarına riayət etmirlər:

“Cəmiyyət özü qanunlara əməl etsə pandemiyanın tez bir zamanda bitəcəyinin şahidi ola bilərik. Keçən vaxt da, təcrübə də bunu göstərdi. Yoluxmanın yenidən artması qaçılmaz deyil”.

Ekspert əlavə etdi ki, rəsmi məlumatlara inansaq, bu gün Azərbaycanda yoluxma sayı əvvəlki aylara nisbətən azalır:

“Bunu müraciət edənlərin sayından daha aydın bilmək olur. Son günlər müraciət edənlərin sayı azalır”.

Terapevt Rasif Bağırovun fikrincə, Gürcüstanda, İranda, Türkiyədə yoluxmanın dalğavari olması, artımın müşahidə edilməsi əhalinin çoxluğu ilə bağlıdır. Belə olan halda pandemiya ilə mübarizə aparmaq çətindir. Türkiyə və İran kimi ölkələrdə hələ ki, yoluxmanın çox olmasını anormal saymaq olmaz. Amma Gürcüstanda yoluxma sayının artması yaxşı hal deyil. Ola bilsin ki, turizm ölkəsi olduğu üçün gəliş-gedişlə əlaqəlidir”.
R.Bağırov isə Azərbaycanda yoluxma sayının azalmasını tibbi maskaların istifadəsi ilə əlaqələndirib:

“Operativ qərargah qaydalara əməl olunması üçün çağrışlar edir. Cəmiyyət isə karantin qaydalarına elə də güclü əməl etmir. Amma buna baxmayaraq əvvəlki aylarla müqayisədə azalma müşahidə olunmaqdadır. Azalmanın səbəbi tibbi maskalardan istifadə olunması faktorudur”.

Qeyd edək ki, qonşu Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. Belə ki, 45 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə gündəlik yoluxma sayında yeni anti-rekord qeydə alınıb. Bununla da, Gürcüstanda yubileylər, toylar, şənliklər və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi sabahdan etibarən qadağan ediləcək.

Həmçinin Türkiyə hökuməti koronavirusla mübarizə çərçivəsində ölkənin bütün ictimai yerlərində tibbi maskalardan məcburi istifadəni tətbiq edir. Artan yoluxma halları ilə əlaqədar ölkədə bir sıra karantin tədbirləri sərtləşdirilib.

Analoji olaraq İranda ötən sutka ərzində 127 nəfər koronavirusdan (COVID-19) ölüb. Ötən 24 saatda 2313 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 393425 nəfərə yüksəlib. /Oxu.az


Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
  • 3 958
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
  • 934
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN

  • 01 sen, 15:00
  • 1 712
Azərbaycanın ən gözəl aparıcısı üçün XOŞ GÜN
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

  • 28 avq, 14:00
  • 1 933
Nadir Qafarzadə toylardan danışdı: "Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar