7 İyun Demokratiya günü keçrilib, FOTOLAR

07, 06, 18
17:45

7 İyun Demokratiya günü keçrilib, FOTOLAR

Azerbaycanrealligi.com xəbər verir ki, Bu gün - 7 iyun müasir Azərbaycanın tarixində Əbülfəz Elçibəyin hakimiyyətə gəldiyi və Azərbaycanın demokratik dövlət elan olunduğu gündür. KXCP qərargahında bu səbəbdən hüqüq müdafiyəçisi Oktay Gülalıyevin təşkilatçlığı ilə tədbir təşkil olunmuşdu. Tədbir Azərbaycan dövlət himninin iştirakçılar tərəfindən səsləndirilməsi ilə açıq elan edildi, tədbirin ilk giriş sözü hüquq müdafiyəçisi Oktay Gülalıyevin çıxışı oldu. O, Əbülfəz Elçibəy haqqında xatirələrini dilə gətirirərək  bildirdi ki, 1992-ci ildə elə bu gün 7 iyun tarixində insanlar məntəqələrə sevinclə gedərək böyük bir demokratik inqilabın təməlini qoydular, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyi prezident seçdilər. Bildiyiniz kimi həmin hakimiyyətin ömrü yalnız bir il oldu, amma bu bir il ərzində ölkə daxilində və ölkə xaricində böyük nailiyyətlər əldə olundu. Milli valyutamız buraxıldı, ordumuz bir neçə rayonu işgaldan azad etdi, təhsildə universitetlərə qəbul imtahanlarının əsasında test üsulu tətbiq edildi, uzun və cəsarətli danışıqlar nəticəsində rus qoşunları ölkədən çıxarıldı, iqtisadiyyatmızın müxtəlif sahələrində bərpa-inkişaf istiqamətində böyük addımlar atıldı. Amma çox təəssüflər olsun ki, bir ildən sonra bizim milli hakimiyyət silahlı üsyan yolu ilə devrildi. Azərbaycanın ideoloji lideri olmuş Əbülfəz Elçibəyi itirdiyimiz gündən indiyədək atdığımız ən ümdə addımlardan biri kimi bu gün - 7 iyunu elə burada Klassik Xalq Cəbhəsi Partiyasında "Milli Demokratiya Günü" elan etdik. Daha sonra söz keçmiş daxili işlər naziri İsgəndər Həmidova verildi. O bildirdi ki, daxili işlər naziri təyin edildikdən sonra Elçibəy ona seçkiyə qarışmamağı, mitinqlərə çıxmamağı tapşırmışdı. İsgəndər bəy bildirdi ki, Əlbülfəz Elçibəy ona demişdi: "Sən polissən, polisin seçkiyə qarışmağa ixtiyarı yoxdur". Bununla görmək olur ki, Əbülfəz bəy demokratiyanın ən ali zirvəsində dayanan bir şəxsiyyət idi. Daha sonra söz digər qonaqlara verildi. Siyasi məhbusların hüquqlarının müdafiyə komitəsinin üzvü Əlövsət Sadiqli, keçmiş siyasi məhbus Əfqan Sadiqli, KXCP sədri Mirmahmud Mirelioğlu, bayraqdar Elman Türkoğlu, yeni yaramiş Bəyaz hərakatinin təşklat komitəsinin üzvü Həsən Qasımov, QHT sədri Jalə Cəfərli və digər şəxslər Əbülfəz Elçibəy haqqında öz xoş xatirələrini bölüşdülər.

Bizimlə əlaqə saxlayın