Türkiyədən İlham Əliyevin dəstək bəyanatına reaksiya: "Bundan şübhəmiz yox idi" - VİDEO

04, 09, 20
10:00

Türkiyədən İlham Əliyevin dəstək bəyanatına reaksiya: "Bundan şübhəmiz yox idi" - VİDEO


Türkiyənin “Haber Global” telekanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ünvanlanıb.

Xəbərdə prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul etməsi və bu zaman Türkiyə-Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə toxunmasından danışılıb. Xəbəri şərh edən aparıcı bunu “qardaş Azərbaycandan gələn dəstək addımı” kimi xarakterizə edir.

Məlumat üçün bildirək ki, ölkə prezidenti İlham Əliyev Yunanıstan səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik" deyib.

Daha sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O, bu barədə şəxsi tvitter hesabında yazıb.

"Çox təşəkkürlər, cənab Prezident! Can Azərbaycanın dəstəyindən heç şübhə etmədik. Türkiyə də tərəddüdsüz hər zaman Azərbaycanın yanında olacaq. Tək millət, iki dövlət!", - deyə o, qeyd edib. 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın