Türkiyə Ağrıda şəhid verdi

28, 08, 20
12:00

Türkiyə Ağrıda şəhid verdi


Türkiyənin Ağrı vilayətində antiterror əməliyyatı zamanı türk hərbi qulluqçusu həlak olub.
 
Azerbaycanrealligi.com xəbər verir ki, hərbiçi terrorçuların mağarasında tapılan ilk zəruri əşyaları məhv edərkən şrapnel parçasının dəyməsi nəticəsində yaralanıb.
 
İlkin tibbi yardım göstərildikdən sonra o helikopterlə Ağra vilayətinin Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
 
Onun vəziyyəti ağır olduğuna görə Atatürk Universitetinin tədqiqat xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın