Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi karantin rejmin pozdu nişan və toy mərasimi keçrib - FOTO

31, 07, 20
18:21

Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi karantin rejmin pozdu nişan və toy mərasimi keçrib - FOTO



Yerli hüquq-mühafizə orqanları isə heç bir tədbir görmürlər

Azerbaycanrealligi.com Sozcu.info-ya isitnadən Mart ayının 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejim tətbiq etdi. Xüsusi rejimin tələblərinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri müəyyən etdi. Həmin tədbirlərin sırasında dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi, bütün toy məclislərinin keçirilməsi qadağan edilməsi də vardı. Xüsusi rejim dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunması tələbi edilirdi. 

Nazirlər Kabineti yanında Operativ Qərargahının bu qərarından təxminən bir ay sonra Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilməsi haqqında sərəncam verməsi haqqında məlumat yayıldı. Bu məlumat prezident İlham Əliyevin xüsusi karantin rejimin tələblərinə nə qədər önəm verməsini göstərirdi. 

Ağdam rayonundan "Yeni Sözçü"qəzetinin redaksiyasına daxil olan bir məlumata görə, məmurlar xüsusi rejim qaydalarını pozmaqdan çəkinmirlər. Məlumata görə Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova iyul ayının 9-da qapalı yerdə çoxsaylı insanların iştirakı ilə nişan mərasimi keçirib. Bundan əvvəl isə Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova bacısı oğlunun da toy mərasimi olub. 
Mərasimindən çəkilmiş şəkildə də qapalı məkanlarda bütün toy məclislərinin keçirilməsinin qadağan olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci tarixli qərarının tələblərinin kobud şəkildə pozulduğu aydın görünür.

Məlumata görə, bu şadlıq mərasimləri haqqında Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovu əvvəlcədən məlumatlandırıb və onun razılığı alınıb. Buna görə hüquq-mühafizə orqanları nişan mərasiminin qarşısını almaq üçün heç bir tədbir görməyiblər. 

Məlumatda belə halların bundan əvvəl də baş verdiyi qeyd olunur. Faktla bağlı Prezident Adminstarsiyasının və Təhsil Nazirliyinin hansı tədbir görəcəyini izləməyə çalışacağıq. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın