sitename

Həyat yoldaşmın həbs edilməsinin günahkarı Hüseynqulu Bağırovdur - VİDEO



Bakı sakini Səidə Həsənova həyat yoldaşının keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova görə həbsdə olduğunu iddia edir.

Onun əri İlqar Hacıyev nazirlikdəki yarım milyon manata yaxın yeyintiyə görə həbsdədir. Azerbaycanrealligi.com xəbər verir ki, Xanımı nazirlikdə yeyinti olduğunu, müxtəlif adamların adlarına açılmış maaş kartlarına köçürülən pulların mənimsənildiyini təsdiqləyir. Amma həmin vəsaitlərin nazirə çatdığını deyir.

"Bizim bir sot torpaq sahəsində ikiotaqlı, 36 kvadratmetrlik evdən başqa heç nəyimiz yoxdur. Üç azyaşlı övladımla bu mənzildə yaşayıram. Həyat yoldaşım o kartlardan çıxarılan pulların hara getdiyi haqda məhkəmədə danışıb. Kartlardan çıxarılan pullardan hər ay 10 min manat Hüseynqulu Bağırova verilib. Ona görə də heç bir problem yaranmırdı. Amma yeni nazirin təyinatı ilə hər şey dəyişdi. Audit yoxlaması təyin edildi və yeyinti üzə çıxdı. Həyat yoldaşım keçmiş nazirə görə həbsdədir", – S.Həsənova belə deyir.

Hacıyev nazirliyin Milli Hidrometeorologiya Departamentinin baş mühasibi olub, 2014-2018-ci illərdə bu vəzifədə işləyib. 2019-cu ilin dekabrından həbsdədir. O, CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bu cinayət işi üzrə beş nəfər təqsirləndirilən şəxs var, yalnız biri – İ.Hacıyev həbsdədir. Departamentin sabiq rəhbəri Əkbər Həsənov və bu qurumun daha üç işçisi - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev barəsində istintaq və məhkəmə dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Cinayət işində ümumilikdə 451 min manatlıq yeyintidən söhbət gedir.

Azərbaycanda pandemiya ilə əlaqədar təqsirləndirilən şəxslərin sayının ikidən çox olduğu işlər üzrə məhkəmə prosesləri təxirə salınıb. Ona görə də bu iş üzrə məhkəmə də xeyli vaxtdır ki, keçirilmir.

İ.Hacıyevin həyat yoldaşı prezident və vitse-prezidentə məktub yazaraq bu işi nəzarətdə saxlamalarını istəyib.


Azerbaycanrealligi.com 


Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 743
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 580
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 296
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 175
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar