Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkimi Səbinə Məmmədova intihara cəhd edib - FOTO

25, 07, 20
21:26

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkimi Səbinə Məmmədova intihara cəhd edib - FOTO


Həqiqət Qədirovanın yersiz təzyiqlərinə dözə bilməyən həkim intihara cəhd edib  

Bu haqda Azerbaycanrealligi.com-a S.Məmmədovanın yaxınları məlumat verib.

Onların sözlərinə görə, tibb elmləri namizədi Səbinə Məmmədovanın intihara cəhd etməsinə səbəb sözügedən xəstəxananın direktoru Həqiqət Qədirova tərəfindən müntızəm təzyiqlərə məruz qalmasıdır.

“Səbinə xanım dünən axşam növbəsinə gələndə görüb ki, onun haqqında akt tərtib edilib və o, hansısa xəstəlik tarixçəsində düzəliş etməkdə ittiham olunur. Bu iftirayla üz-üzə qalan həkimin vəziyyəti pisləşib. İnstitutun direktoru Həqiqət Qədirovanın uzun müddətdir davam edən qanunsuz hərəkətləri və insan ləyaqətini alçaldan rəftarı nəticəsində o, intihar etməyə cəhd edib və affekt vəziyyətinə düşüb, təzyiqi yüksəlib".

Səbinə Məmmədova

Həkimin vəziyyətinin ağırlaşmasıyla bağlı xəstəxana rəhbərliyi məlumatlandırılsa da, S.Məmmədovanın evə getməsinə icazə verilməyib. Bundan sonra o, 102 Xidmətinə müraciət etmək məcburiyyətində qalıb. Polisin köməyi ilə Səbinə Məmmədova Ağciyər Xəstəlikləri İnstitututundan çıxarılaraq, başqa xəstəxanaya aparılıb. 

Qeyd edək ki, S.Məmmədova hazırda xəstəxanada həkim nəzarəti altındadır. Müayinə zamanı onun sağ ayağını qətiyyən hiss etmədiyi,  buna görə də ayağa qalxmaq imkanı olmadğı məlum olub.

Xatırladaq ki, faktla bağlı hazırda tədqiqat aparılır.

Hadisə yerinə gələn  polis əməkdaşları S.Məmmədovadan izahat alıb.

Nizami Rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sözügedən xəstəxananın həkimi Səbinə Məmmədova 2018-ci ildə institutun direktoru Həqiqət Qədirova tərəfindən xüsusi ittiham qaydasında işdən azad edilsə də, məhkəmə qərarı ilə 2019-cu il noyabrın 30-da Ağciyər Xəstəlikləri İnstitutunda yenidən əmək fəaliyyətinə başlayıb. 

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın