Tanınmış xanım vəkil Azərbaycan ordusuna dəstək ifası səsləndirdi - VİDEO

25, 07, 20
18:53

Tanınmış xanım vəkil Azərbaycan ordusuna dəstək ifası səsləndirdi - VİDEO


Azərbaycan Vəkillər kollegiyasının üzvü 2 saylı vəkil burosunun tanınmış vəkillərindən olan Aytən Əliyeva hazırki həssas bir məqamda ordumuzun əsgər və zabitlərini, milli ruhumuzu təlatümə gətirən əsrarəngiz bir əsəri ifa etməklə öz vəkil camiasında və eləcə də vətandaş olaraq vətən sevdalısı olduğunu anlama gətirib.

Aytən Əliyeva

Məsələ ilə bağlı Azerbaycanrealligi.com-a açıqlama verən vəkil xanım bildirdi ki, O insanları huquq-muhafizə orqanlarında mudafiə etməkdən əlavə həm də yaradıcı bir insandır. Bildirdi ki, bir müddət bundan əvvəl döyüşlər zamanı öz sosial şəbəkəsində vətən ugurunda şəhid olan əsgər və zabitlərmizin, xalqımızın qəhrəmanlığını, vətənpərvər olduğunu bütün dünyaya tanıtmaq üçün kifayət qədər paylaşımlar edib. Və vurğuladı ki, hər kəs öz məsləyində düşmənlə mübarizə aparmalıdır və mən də öz cəbhəm də mümkün qədər həm paylaşımlarımla, ifa etdiyim mahnılarla, qələmə aldığım şeirlərlə onların yanında olub dəstək olduğumu düşünürəm və ruhlandrıcı istiqamətdə nələrsə edirəm. Məhz Azərbaycanım adlı mahnı da mənim Vətənimə sevgi ismarıcı olsun deyə  ifa etdim. Ümüdvaram ki, cəmiyyət tərəfindən də ilk addım kimi seviləcək. Tez bir zamanda isə şəhidlərə ithaf etdiyim gözəl bir şeiri səsləndirməyi düşünürəm. Allah vətən ugurunda, daima vətənimizin keşiyində duran əsgər və zabitlərmizi qorusun,  Tanrı Azərbaycanmıza yar olsun, Yaşasın Azərbaycan!

Vəkil Aytən Əliyevanın sözü gedən ifasnı oxucularmıza təqdim edirik


Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın