sitename

Bakıda mağazaları "yoxlayan" dəstə peyda olub - FOTOLAR

Pandemiya dövründə özünü AQTA və Vergilər Nazirliyi ilə əlbir qrum kimi təqdim edənlər sahibkarlardan hansı adla pul alır?

Artıq 4 aydır ki, dünyanı lərzəyə gətirən pandemiya ölkəmizdə də iqtisadiyyat sektoruna zərər vurmaqda davam edir. Sahibkarların zərərini qarşılaqmaq üçün Prezident İlham Əliyevin göstərişi ilə İqtisadiyyat Nazirliyinin sahibkarlara və fərdi VÖEN istifadəçilərinə yardımı hər kəsin yadındadır və İqtisadiyyat Nazirliyi bu yaxınlarda bəyan etdi ki, sahibkarlara dəstək budəfəki sərt karantin dövründə də gündəmdədir. Çünki iyulun 5-nə qədər hamımız üçün çətin olsa da, yenidən evə qapanıb bu bəladan xilas olmağın yollarının axtarışındayıq.

Təəssüf ki, iyun ayının 16-da VÖEN-lə, Nərimanov rayonu İslam Abışov ünvanda özünə ərzaq mağazası açmış Rahid Xələfli iyunun 27-də - satmaq üçün aldığı ərzaqları hələ mağazaya tam yığmağa fürsət tapmamış kurioz hadisə ilə üzləşib.

Azerbaycanrealligi.com xəbər verir ki, Dominant.az-a müraciət edən R.Xələflinin iddia etdiyinə görə, saat 11 radələrində özlərini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Vergilər Nazirliyi ilə əlbir işləyən “Fakt Araşdırıcı-N” MMC kimi təqdim edən 1 kişi 2 qadından ibarət dəstə mağazaya daxil olub. Ondan 20 manat pul alaraq qəbz veriblər və bildiriblər ki, 3 aydan bir gələcəklər. X.Rahid əvvəlcə nəyin baş verdiyinin fərqinə varmasa da, özünə gələndən sonra AQTA-ya zəng edərək üzləşdiyi hadisə barədə məlumat verib. Agentlikdən ona bildiriblər ki, adıçəkilən MMC ilə heç bir əməkdaşlıqları yoxdur və məsləhət görüblər ki, bu barədə Korrupsiya ilə Mübarizə İdarəsinə xəbər versin. Şənbə günü olduğu üçün Rahid Xələfli Korrupsiya ilə Mübarizə İdarəsiylə əlaqə yarada bilməyib.

Hadisə barədə bizə danışdıqdan sonra ona məsləhət gördük ki, 102-yə məlumat versin. Və o, belə də etdi, nəticədə operativ şəkildə zərərçəkmiş qismində Nərimanov Rayon Polis Şöbəsinə dəvət olundu. Ərizəsi alındıqdan sonra ona bildirildi ki, 10 gün ərzində məsələ ilə bağlı məlumat veriləcək.

Maraqlıdır ki, bu ağır pandemiya dövründə mağazaları gəzərək, AQTA və Vergilər Nazirliyinin adından istifadə edib mağaza sahiblərindənpul yığan “fakt araşdırıcılar” kimdir? Dövlətin sahibkarlara dəstək verdiyi bir vaxtda qapı-qapı düşüb mağazalardan pul yığmaqda məqsədləri nədir? İqtisadiyyat və Vergilər Nazirliyinin bu MMC barədə məlumatı varmı? Bu suallara növbəti yazımızda aydınlıq gətirməyə çalışacağıq.

P.S. Rahid Xələfli bizə 20 manat müqabilində aldığı qəbzi və AQTA ilə danışıb aldandığını başa düşəndən sonra, qəzbə qol çəkən xanımla olan danışığını da təqdim edib. Yazışmadan da görünür ki, pulunu istəyən zərərçəkmişin istəyi ironiya ilə qarşılanıb, üstəlik “ultimatum” da veriblər.






Elnurə ABUŞOVA

Azerbaycanrealligi.com




Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 667
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 486
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 195
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 096
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar