Qulinin düşmənləri bir arada və "Dolya vorovskaya" VİDEO

26, 06, 20
11:20

Qulinin düşmənləri bir arada və "Dolya vorovskaya" VİDEO

Bu günlərdə azadlığa çıxmış Gəncəli Albert və Badri Koquaşvili niyə azərbaycanlı “qanuni oğru”ya düşmən olublar - Tam təfərrüat


Kriminal aləmdə Albert Rıjıy və Albert Gəncəli kimi tanınan azərbaycanlı "qanuni oğru” Əli Heydərov iyunun 9-da Mari-Eldəki cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) düşmən münasibətdə olan Albert 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 39 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməkdə, saxta sənəddən istifadə etməkdə və qarətlərdə günahkar bilinirdi.

Albert Rıjıy kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. Bu ləqəblə məşhurlaşan Ə.Heydərov "qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel əsilli kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə nəzarətçi təyin edilib.
Lotu Quli” ilə müharibəyə başlayır - Lənkəranskinin adamaları ...
Albert Rıjıy 

2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Lotu Qulinin adının hallandırılması münasibətləri gərginləşdirib.

Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. 2018-ci ilin martında isə Lotu Quli İstanbuldan "Medvedkovo” həbsxanasında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun "qanuni oğru" adını əlindən aldığını bildirib. Lotu Quli Albert Rıjıya bildirib ki, o, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq.


Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu "qanuni oğru”ları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarılmasını xahiş ediblər.


Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Rusiya mətbuatının ən son məlumatına görə isə Albert həbsxanada "qanuni oğru” kimi tanınıb və bu məsələdə Piterli "qanuni oğru”lar ona dəstək verib.


Rusiya mediası Albert Rıjının Qulinin daha bir düşməni - Badri Koquaşvili (Kutaisili) ilə bir məclisdə olan videosunu yayıb.


Bildirilir ki, onlar Kutuzovskdakı gürcü restoranında Badrinin qızının ad günündə bir araya gəliblər. Maraqlıdır ki, Qulinin onların hər ikisinin “qanuni oğru” adına dair şübhələri olsa da, onlar birgə “Dolya Vorovskaya” mahnısını zümzümə edirlər.


Badri son aylar haqqında ən çox danışılan kriminallardan biridir. Bu da səbəbsiz deyil. Ötən ilin avqustun sonunda baş vermiş bir hadisə Quli və bəzi “qanuni oğru”lar arasında ciddi qarşıdurmaya səbəb olub.


Belə ki, Qulinin olduğu toplantında Quram Çixladze şillələnib.


Quram Çixladze 

Məsələ ondadır ki, Quli ilə yaxınlaşan Quramın Türkiyədə qətlə yetirilmiş Rövşən Canıyevin (Lənkəranski) adamları ilə yaxınlığı üzə çıxıb. Bu adamlar isə 2017-ci ildə Türkiyədə Qulinin evinə basqın ittihamlı ilə həbsə alınmış, sonradan Qulinin şikayət etməməsi səbəbindən azadlığa buraxılmışdılar.

Quli Quramı Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklini gördükdən sonra şillədib, ondan uzaq durmasını istəyib. Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı Arman Cumagəldiyev edib.


Bu insident tezliklə cinayət aləmində böyük rezonans doğurub.


Çünki Quramın “oğru aləminə” yolu atasının və anasının öldürülməsi ilə başlayıb.


1994-cü ildə - Quram 6 yaşında olanda onun gözləri önündə atası - “qanuni oğru” Aftandil Çixadzeni və anasını öldürüblər. Bu hadisədən sonra Şakro Molodoy da daxil “qanuni oğru”lar Qulamı öz himayələrini götürüblər. 16 yaşında ona “qanuni oğru” titulu veriblər. Qətldən 20 il sonra Moskvaətrafı Krasnoqorsk vilayətdəki ticarət mərkəzində Çixadzelərin qatili hesab olunan David Melkadze güllənib, qısas qiyamətə qalmayıb.
Quli ilə insidentdən sonra Şakro Molodoy və Badri Koquaşvili Qulamın müdafiəsinə qalxıblar.


Şakro deyib ki, Qulama vurulan zərbəni özünə vurulmuş hesab edir. Badri isə hətta “sxodka” keçirməyə cəhd edib. Onun fikrincə, Nadir Səlifov “qanuni oğru” kimi Arman Cumagəldiyevi cəzalandırmalı idi. Çünki o, “qanuni oğru”ya əl qaldırıb. O, digər “qanuni oğru”lardan da bu məsələdə dəstək istəyib. Lakin gürcü avtoritetə yetərli dəstək verilməyib. Hətta “sxodka” onun özünün “qanuni oğru” titulunu şübhə altına alınıb. Badri Koquaşvili Nadir Səlifovu bitirmək üçün hətta Avropadakı “qanuni oğru”larla görüş keçirsə də, heç bir nəticə əldə etməyib. Bu olay Badri Koquaşvilinin oğru dünyasındakı nüfuzuna sarsıdıcı zərbə vurub.


Bu söz-söhbətin fonunda isə Quli avqustun 28-də özünə ad günü edib.


47 yaşlı azərbaycanlı “qanuni oğru”nun ad gününə isə “Vəhşi Arman”ın məclis üçün hazırlatdığı tort damğasını vurub. Tortda Orta Asiya və Cənubi Qafqaz ölkələrinin bayraqları olub. Bu isə həmin ölkələrin “qanuni oğru”larının Quliyə dəstəyi kimi izah edilib.


Bir neçə gün sonra Quli “sxodka” çağırıb. “Sxodka”da iştirak edən “Vəhşi Arman” öz hərəkətini izah edib və toplantıdakıların narazılığına səbəb olmayıb. O da yada salınıb ki, Quliyə qarşı irad bildirən “qanuni oğru”ların da cinayət kastasındakı bəzi adamlarla problemləri var. Bu səbəbdən onlar kiminsə məsələsini həll etmək səlahiyyətində deyillər.


İddiaya görə, Quli Qurana and içib ki, onun məsələsi üçün “sxodka”ya cəhd edən Badri Koquaşvilini cəzalandıracaq.


Badri Koquaşvili 

Rusiya mediası iddia edir ki, Badrini “qanuni oğru”lardan Elqudja Turkadze və Asatryan dəstəkləyib. Vaqif Bakinski və Ded Xasanın yaxın qohumu olan Miron isə bitərəf qalaraq Quli ilə konfliktə girməyiblər.

Bundan sonra KİV-lərdə Quliyə qarşı kompromat savaşı başlayıb. Qulinin ən yaxın adamlarından birinə çevrilən “Vəhşi Arman”ın Qazaxıstanın xüsusi xidmət orqanları ilə yaxınlığı haqda iddialar peyda olub.


35 yaşlı Arman Cumagəldiyevə gəlincə, həqiqətən də, yaxın keçmişə qədər kriminal aləmdə tanınmayıb, amma indi qəfildən az qala “ulduz”a çevrilib.


Xəbərlərə görə, o, vətənində 2005-ci ildən tanınmağa başlayıb. Hələ uşaq yaşlarından boksa gedən Arman “Vəhşi” ayamasını da rinqdə qazanıb.


2005-ciu ildə başına topladığı 70-80 adamla müxalifətin keçirdiyi mətbuat konfransına basqın edib, oradakıları döyüblər, Nazarbayevə qarşı çıxanları “xalq düşməni” adlandırıblar. Bu hadisədən sonra onun dəstəsinin hökumətə və ya xüsusi xidmət orqanlarına bağlılığı haqda iddiala
 yayılıb. Qeyd edək ki, Koquaşvilinin statusu 7 il “qırmızı kolonda” – Perm və Krasnoyarks həbsxanalarında cəza çəkməsindən sonra artıb.


Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın