sitename

Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI


Azərbaycan Respublikasının ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığında ittiham olunan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Əli İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Azerbaycanrealligi.com xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli İbrahimov 19 may 2017-ci il tarixdə külli miqdarda nağd pul vəsaitlərini Azərbaycan Respublikası Milli Bankının həmin gün üçün təyin etdiyi məzənnəyə görə 629851 manat təşkil edən 370000 ABŞ dollarını istifadəsində olan “Lexus” markalı 90 LL 616 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və tibb qutusunda gizlətməklə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan Gürcüstana keçirib və Gürcüstan gömrük sərhədində də bəyan etməyib.

Bundan sonra, həmin külli miqdarda nağd pul vəsaitlərinin Gürcüstandan Türkiyəyə keçirəcəyi zamanı Gürcüstana daxil olan zaman bəyan edilməli olması zərurətini nəzərə alaraq Əli İbrahimov 21 may 2017-ci il tarixdə Azərbaycan-Gürcüstan sərhədində neytral zonaya gəlib. O, yenidən Gürcüstana qayıdıb və Gürcüstan gömrük sərhədində 370000 ABŞ dollarını (629851 manat) 10524 nömrəli bəyannamə ilə bəyan etməklə həmin dövlətə keçirib.

Daha sonra Əli İbrahimov mayın 23-də 118500 ABŞ dollarını (201.722,55 manat) istifadəsində olan “Lexus” markalı 90 LL 616 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və tibb qutusunda gizlətməklə təkrar qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan Gürcüstana keçirib, Gürcüstan gömrük sərhədində də bəyan etməyib.

Bundan sonra, Əli İbrahimov külli miqdarda nağd pul vəsaitlərinin Gürcüstandan Türkiyəyə keçirəcəyi zamanı həmin ölkəyə daxil olan zaman bəyan edilməli olması zərurətini nəzərə alaraq mayın 25-də Azərbaycan-Gürcüstan sərhədində neytral zonaya gəlib. O, yenidən Gürcüstana qayıdaraq 118500 ABŞ dollarını (201.722,55 manat) 10586 nömrəli bəyannamə ilə Gürcüstan gömrük sərhədində bəyan etməklə həmin dövlətə keçirib.

Öz cinayətkar hərəkətlərini davam etdirən Əli İbrahimov həmin ilin iyunun 11-də 226000 ABŞ dollarını (384.697,2 manat) istifadəsində olan “Lexus” markalı 90 LL 616 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və tibb qutusunda gizlətməklə təkrar qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasından Gürcüstana keçirib, Gürcüstan gömrük sərhədində 10845 nömrəli bəyannamə ilə bəyan edib.

Əli İbrahimov ümumilikdə 19 may 2017-ci ildən 11 iyun 2017-ci ilədək olan dövr ərzində cəmi 714.500 ABŞ dolları (1.216.270,75 manat) məbləğində külli miqdarda nağd pul vəsaitini təkrar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Gürcüstana keçirib.
 
Əli İbrahimov Dövlət Təhlükəsizliyi Xidmətinin 2018-ci ilin yanvarında keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

İstintaq orqanı tərəfinndən Əli İbrahimovun barəsində Cinayət Məcəlləsinin 206.3.1-ci (təkrar qaçaqmalçılıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli İbrahimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Əli İbrahimov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini və cəzasının şərti tətbiq edilməsini xahiş edib.

Əli İbrahimov şikayətini belə əsaslandırıb ki, ibtidai və məhkəmə istintaqı zamanı tötəmiş olduğu cinayəti etiraf etməklə, səmimi peşmançılığını bildirib, bununla da istintaqa öz köməyini göstərib.

Bundan başqa Əli İbrahimov himayəsində üç azyaşlı uşağınını olduğunu, ailəyə yeganə qazanc gətirən şəxs olduğunu qeyd edib. Hazirda ailəsinin maddi və mənəvi durumu ağır olduğunu bildirən Əli İbrahimov islah olunması üçün onun həbsdə saxlanılmasına ehtiyac olmadığını qeyd edib.

Əli İbrahimovun apelyasiya şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Əli İbrahimovun apelyasiya şikayəti təmin edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib. Əli İbrahimovun barəsində sçeilmiş həbs qətimkan tədbiri dəyişdirilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, həmin dövrdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı ilə məşğul olan 30-a yaxın şəxs həbs edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə 15 nəfər təqsirləndirilən şəxs, o cümlədən Mustafa Mustafayev, Aqil Məmmədov, Mamed İzmailov, Nadir Mehtiyev, Qabil Ağayev, Elnur Süleymanov, Turan Orucov, Rəvan Hacıyev, Sakit Ələsgərov, Orxan Süleymanov, Ramil Abbasov, Sənan Kərimov, Fərid Nağıyev, Bayram Hüseynov və Həmid Əliyev Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, barələrində şərti cəza təyin olunub.

İstintaq orqanı tərəfindən Mustafa Mustafayevin barəsində Cinayət Məcəlləsinin 206.3.1-ci (təkrar qaçaqmalçılıq törətmək), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 213-1.1-ci (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) maddələri ilə ittiham olunub.

Digər təqsirləndirilən şəxslər - Aqil Məmmədov, Mamed İzmailov, Nadir Mehtiyev, Qabil Ağayev, Elnur Süleymanov, Turan Orucov, Rəvan Hacıyev, Sakit Ələsgərov, Orxan Süleymanov, Ramil Abbasov, Sənan Kərimov, Fərid Nağıyev, Bayram Hüseynov və Həmid Əliyev Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddəsi ilə təqsirli biliniblər.

Qeyd olunur ki, 15 nəfər təqsirləndirlən şəxs ümumilikdə Azərbaycan Respublikasının gömrük sərhəddindən 49,967.077 ABŞ dolları (83.945.629 manat), 2.212.990.640 Rusiya rublu (63.110.367,4 manat), 2.600 Gürcü lirası (1.716 manat) və 200 Azərbaycan manatını Gürcüstana, habelə 10.297.975 ABŞ dolları (17.066.168,9 manat), 365.050 Avronu (717.078 manat), 22.105.850 Rusiya rublu (638.859 manat) və 285.000 manat əks tərəfə keçiriblər.

Bundan başqa istintaq orqanı tərəfindən aşkar edilmiş digər 12 nəfər təqsirləndirilən şəxsdən ibarət qrup barəsində də cinayət işinə baxılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə Yaşar Əhədov, Vüqar Babayev, Elsevər Babayev, Ədalət Babayev, Ülfət Cabbarov, Daşqın Əhmədov, Ceyhun Mustafayev, Pərviz Aşırov və Qəzənfər Aşırov  məhkum olunublar.

Onlardan 7 nəfərin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları şərti hesab edilib, 2 nəfər barəsində isə cəza Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azaldılıb.

İstintaq orqanı tərəfindən Yaşar Əhədov, Vüqar Babayev, Elsevər Babayev, Ədalət Babayev, Ülfət Cabbarov, Daşqın Əhmədov, Ceyhun Mustafayev, Pərviz Aşırov və Qəzənfər Aşırovun barəsində Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə ittiham verilib.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 667
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 486
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 196
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 096
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar