sitename

Susuz qalan neftçalalıların dərdinə çarə tapılacaq? - FOTOLAR


Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranıb.

Bir aya yaxındır ki, Neftçala rayonunun bəzi qəsəbələri içməli susuz qalıb.

Belə ki, son günlərdə Xəzər dənizində küləyin sürətinin artması və Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar olaraq dəniz suyu Kür çayının şirin suyuna qarışıb.

Qarışma nəticəsində Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranıb. Hazırda isə, "Azərsu" ASC və İcra Hakimiyyəti kəndlərin içməli su ilə təmin edilməsi üçün çalışır.

Bəzi kəndlərin sakinləri isə elə hesab edir ki, problem aradan qalxıb və evlərə bilərəkdən qarışıq su verilir. Bu barədə sosial şəbəkələrdə də müzakirələr aparılır.

Məsələ ilə bağlı, "Azərsu" ASC-nin mətbuat katibi Anar Nəcəfli açıqlamasında bildirib ki, bir müddət əvvəl Kür çayının suyu Xəzər dənizi ilə qarışıb.

Elə bu səbbədən də "Azərsu" və rayon İcra Hakimiyyəti Neftçala şəhərini və 6 kəndi maşınlarla içməli su ilə təmin edir.

"Bu iş bilavasitə İcra Hakimiyyətinin nəzarəti ilə həyata kçirilir. Bəli, Kürün suyu duzludur və içməli su kimi istifadəsi mümkünsüzdür. Bu səbəbdən içməli su maşınlarlla verilir" - deyə o bildirib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Kürdə suyun səviyyəsi azaldığı üçün külək zamanı dalğalar dənizin suyunu Kürün suyuna qarışdırır: "Su qarışdığı zaman duzlu olur. Düzdür, bu suvarma sularına heç bir təsir göstərmir. Suvarmada yeganə problem odur ki, Kürün suyu aşağı olanda nasoslarla bu suyu götürüb sahələrə vermək olmur. Bu təbii hadisədir. Təbii hadisələr zamanı qabaqlayıcı tədbirlər görmək mümkün olmur".

Onun sözlərinə görə, Kür və Araz çayları Türkiyədən və Gürcüstandan keçərək gəlir. Yağıntılar olmalıdır ki, çaylar gur sulu olsun.

"Bilirsiniz ki, bizim kanallar bu çaylardan qidalanır. Suvarma suları da buradan qaynaqlanır. Kürdə suyun aşağı olması suvarma sahəsinə də təsir edir. Bu problem o zaman qədər davam edəcək ki, Kürdə suyun səviyyəsi qalxsın. Sonra Kürün suyu Xəzərə qarışmayacaq" - deyə o bildirib.


Azerbaycanrealligi.com




Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 667
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 486
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 196
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 096
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar