yuxarı
Oğlu şantaj edilən ananın şikayəti ilə həbs olundular
22, 04, 25
15:00
Oğlu şantaj edilən ananın şikayəti ilə həbs olundular
Mingəçevirdə vətəndaşa hədə-qorxu gələrək xeyli pul alan şəxslər tutulublar.
"Azərbaycan Reallığı" xəbər verir ki, şəhər sakini polisə müraciət edərək iki nəfər şəxsin onun oğlu barəsində sosial şəbəkələrdə videogörüntülər yayacaqları ilə hədələdiklərini və bu yolla 6 min avro pulunu ələ keçirdiklərini bildirib.
Mingəçevir Şəhər Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Ceyhun Mayılov və 41 yaşlı Əziz Əlili saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, hər 2 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək