Bəhram Bağırzadə koronavirusa yoluxdu
Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub.
Azerbaycanrealligi.com xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, əməkdar artist xəstəxanaya yerləşdirilib. Ondan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Hazırda temperaturunu bir qədər yüksək olsa da Bəhram Bağırzadənin vəziyyəti stabildir.
Azerbaycanrealligi.com