Bakı metrosunda problem yarandı - Sərnişinlər qatardan düşürüldü

18, 04, 25
11:30

Bakı metrosunda problem yarandı - Sərnişinlər qatardan düşürüldü


Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, metronun "Əhmədli" stansiyasından "İçərişəhər"ə gedən qatarın qapıları bağlanmayıb.

Stansiyaya "Bakı Metropoliten"inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.

Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.

Sərnişinlər isə başqa qatarla yola salınıblar.





Bizimlə əlaqə saxlayın