Mərkəzi Bank “PulPal”a məcburi göstəriş verdi

17, 04, 25
13:30

Mərkəzi Bank “PulPal”a məcburi göstəriş verdi


Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC elektron pul təşkilatına məcburi göstəriş verib.

"Azərbaycan Reallığı" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində “PulPal"da plandankənar, yerində yoxlama zamanı yoxlayıcı lazımi texniki imkanlarla təmin edilməyib, aparılmış əməliyyatlar haqqında dolğun məlumatlar təqdim olunmayıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “PulPal”a münasibətdə təshih tədbirləri tətbiq edilib.


Bizimlə əlaqə saxlayın