Tanınmış şair-jurnalistin qızı məmur özbaşınalığından şikayət etdi - VİDEO

15, 05, 20
11:10

Tanınmış şair-jurnalistin qızı məmur özbaşınalığından şikayət etdi - VİDEO


Azerbaycanrealligi.com xəbər verir ki, Görkəmli ziyalı, müasir milli mətbuatımızın əsasını qoyanlardan biri olan,1991-93-cü illərdə qələmi ilə Ümummilli Lider Heydər Əliyevi müdafiə edərək mübarizəyə qalxan,həmin illərdə cəsarətli məqalələrinə görə təqib olunan və yaddaşlarda ən qorxmaz jurnalist kimi qalan Cavad Cavadlının qızı məmurlar tərəfindən incildiyinindən və məmur özbaşnalığından şikayət etdi. 13 ildir Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşə bilməyən xanım atasının 2014-cü ildə vəfat etdiyini və 2007-ci ildən 2014-cü ilə qədər atasının nazirə dəfələrlə ərizə yazdığını, məktub və teleqram göndərməsinə baxmayaraq Kəmaləddin Heydərov onu nəinki qəbul etməmiş, hətta cavab belə verməmişdir.60 ildən çox ömrünü milli mətbuatımızın inkaşafına həsr etmiş bir adama ömrünün son günlərində bu böyük bir zərbə oldu. Bizimlə söhbətində Lalə xanım tək FH naziri deyil, bir çox iri məmurlar tərəfindən haqsızlığa, özbaşıbalığa uğradığını söylədi.2-ci qrup əlil bacısı ilə tək yaşayan xanım onda çox faktların olduğunu,lakin təhdid olunduğu üçün qorxduğunu, can güvənliyinin təhlükədə olduğunu buna görə də ona məlum olan dəlilləri və xahişini yalnız cənab Prezidentə deyə biləcəyini söylədi.Prezident İlham Əliyevə güvəndiyini və yalnız ona etibar etdiyini deyən xanım cənab Prezidentdən onu qəbul etməsini xahiş etdi. 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın