Qulamhüseyn Əlibəyli : “Ölkə başçısı onlara qarşı real mübarizəyə başlayıb”

08, 05, 20
20:48

Qulamhüseyn Əlibəyli : “Ölkə başçısı onlara qarşı real mübarizəyə başlayıb”


İcra başçılarının həbsinə müxtəlif yanaşmalar var. Bunun korrupsiyaya qarşı mübarizə kimi qiymətləndirənlərlə yanaşı, hakimiyyətdaxili ziddiyyətlərlə əlaqələndirənlər, eyni zamanda kosmetik xarakterli addım hesab edənlər var. Bəziləri hesab edir ki, söhbət korrupsiaya qarşı mübarizədən gedirsə, icra başçılarından yox, daha yüksək səviyyəli məmurlardan başlanılmalıdır.

Azerbaycanrealligi.com xəbər verir ki, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə fərqli düşünür. O, baş verənləri Yenisabah.az-a şərh edərkən bildirib ki, ölkə başçısının korrupsiaya qarşı mübarizə siyasəti bu dəfə real olaraq həyata keçirilməyə başlayıb. 

“İcra başçıları bir müddətdən nəzarətdən kənarda qalmışdılar. Bu baxımdan, çox sayda qeyri-qanuni hərəkətlərə yol veriblər. Əslində burada icra başçılarından başqa xeyli adamların həbsi üçün zəmin var. 

Hesab edirəm ki, bu dəfə ölkə başçısının korrupsiyaya qarşı mübarizə siyasəti real olaraq həyata keçirilməyə başlayıb. Bu mənada icra başçılarından başlanması təbiidir. Çüki bu adamlar uzun müddət, həm də eyni vəzifədə çalışıblar. Qeyri-qanuni yollarla sərvət toplayıblar. Bunu kənardan müşahidə etmək mümkündürsə, deməli, ölkə başçısının da baş verənləri müşahidə etmək və qiymətləndirmək imkanı var. 

Digər tərəfdən, hesab edirəm ki, korrupsiayaya qarşı mübarizə xətti gələcəkdə daha yüksək vəzifəli şəxsləri də əhatə edəcək. İcra başçılarının həbsinin əslində ona doğru getdiyini söyləmək olar”, - deyə partiya sədri vurğulayıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın