Nərimanov icra başçısı və müavinin həbs təhlükəsi – Tezliklə video görüntüləri və bütün sənədləri...

01, 05, 20
15:08

Nərimanov icra başçısı və müavinin həbs təhlükəsi – Tezliklə video görüntüləri və bütün sənədləri...


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vurması, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilir.

Bunun nəticəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edən İcra başçıları və müavinləri  həbs edilir.

Əslində İcra başçılarının və müavinlərin həbsi digərlərinə də dərsolmalıdır, amma göründüyü kimi, bəzi icra başçıları bundan narahat olmur və öz qeyri-qanuni əməllərini davam etdirir vətəndaşların haqqını mənimsəməkdən çəkinmir..

Məsələ o yerə çatıb ki, artıq vətəndaşlar müxtəlif rayonların icra başçılarının qanunsuz əməllərinə sosial şəbəkələrdə etiraz bildirirlər. 

Azerbaycanrealligi.com İxa.az-a isitnadən xəbər verir ki, bildirir ki, bir qrup vətəndaş  facebook sosial şəbəkəsində müdhiş qanunsuzluqlrı yazıb.  Bildirilib ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Şahmar İbadovla bağlı bir rayona sığmayan haqsızlıqlar var. Və bu ədalətsizliyin fövqündə də milyonlarla dövlət vəsaitinin mənimsənilməsi durur.
Onlar yazırlar:

"Özbaşınalıqlar edən və qanun tanımayan Nərimanov icra başçı və müavininə də bu yaxınlarda sıra sıra gələcək. 
Nərimanov rayonunda tikilən binaların  təhlükəsizlik qaydalarını pozması ilə bağlı ona səlahiyyət verən, sərəncamlar imzalayan Abdin Fərzəliyev və icra edən Şahmar İbadovu yaxından tanıyanlar onlaraa salamımı çatdırsın,, bildirsinlər ki, nvbəti gediş sizlərsiz.
Tezliklə bütün sənədlər aidiyyati qurumlara və dövlət başçısına təqdim olunacaq. Şəxsi mülkə aid ərazinin yarım metrliyində təhlükəsizlik qaydalarını ciddi surətdə pozaraq, tikilən  yaşayış komplekslərinin bütün  hesabı sorulacaq.

Ələ keçirdiyiniz Nərimanov parkı, hansı maaşla aldığınız çox mənzilli evləriniz, metronun özəllləşdirilən bütün əhatəsi, apteklər, dönərxanalar, avtomobillərin park edildiyi sahələrdən gələn qazanc, sosial və məşğulluq mərkəzlərinin necə sizlərin cibinə işləməsinə qədər prezidentimiz xəbərdar olacaq. Bunu biləsiz. Biləsiz ki,  növbəti yazımızda bütün saxtakarlıqlarla bağlı sənədləri və video görüntülər yayılacaq...!" 

Qeyd edək ki, vətəndaşların sosial şəbəkədə paylaşmına ciddi  reaksiyalar göndərilib.  500-dən çox Facebook istifadəçisi onun durumunu bəyənib, 25 nəfər şikayətçini dəstəkləyən rəylər yazıb, 10 nəfər isə sözügedən durumu öz şəxsi hesabında paylaşıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın