Azərbaycanda bu gündən bu iş yerləri açıldı – Siyahı

27, 04, 20
10:08

Azərbaycanda bu gündən bu iş yerləri açıldı – Siyahı


Azərbaycanda bu gündən məhdudiyyətlərin bir qismi yumşaldılıb. 

Azerbaycanrealligi.com xəbər verir ki, bu gündən ölkə üzrə karantin qaydaları yumşaldılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı bir neçə gün əvvəl qərar verib.

Beləliklə, bu gündən ölkə üzrə aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

● kitab satışı

● qəzet satışı

● dəftərxana mallarının satışı

● çap və surətçıxarma fəaliyyəti

● fotoatelye/fotostudiyalar

● fərdi mənzillərdə təmizlik xidmətləri

● dərzi xidmətləri

● kosmetika və ətriyyat satışı

● geyim satışı

● ayaqqabı və dəri məmulatlarının satışı

● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

● mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri

● kompüter avadanlıqlarının satışı və təmiri

● elektronika və məişət texnikasının satışı

● mebel satışı

● avtomobil satışı

● kimyəvi məhsulların satışı

● gül və bitki məhsullarının satışı

● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

● gübrə və aqrokimyəvi məhsulların satışı

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın