sitename

Hamımız eyni gəmidəyik! - Necəsiniz?!


Dünya dayanıb, səma qaralıb, yer üzü donub…

Arzularımıza, istəklərimizə, xəyallarımıza, sevgimizə qovuşa bilirikmi? Hətta duyğularımız belə əlçatmaz qalıb… Bir-birimizə əl uzatmaq, qucaq açmaq da yasaqdır… Necəsiz?!

İllərlə küsülü qalanlar, mülk üstündə bir-birini qıran qonşular, qohumlar, bacılar, qardaşlar, necəsiz?!

Kasıb-kusubun pulunu mənimsəyən harınlamışlar, həyatını sərvət yığmağa həsr edənlər, hətta dünyanın o başında belə imarətlər alanlar, necəsiz?!

Həyatı doya-doya yaşamağı bacarmayanlar, onu-bunu lağa qoyanlar, var-dövlətə, şan-şöhrətə görə ailə quranlar, özünə dost seçənlər, quda olanlar, təkəbbürlü vəzifəlilər, vəzifəsizlər, necəsiz?!

Sakitlərin, fağırların, yetim-yesirin haqqına girənlər, xəstənin, zəlilin, karın-korun, lalın, şikəstin pulunu mənimsəyənlər, var ikən yox deyənlər, yox ikən hay salanlar, necəsiz?!

Məhbusları bir an belə olsun xatırlamayıb, hər zaman azadlıq iddiasında olubən indi evə qapananlar, necəsiz?!

Haqqı nahaqqa verənlər, düzü danıb əyrini seçənlər, qan üstündə mənfəət güdənlər, başqalarının haqq üzərindən qazandıqlarını sananlar, yal yaltaqları, necəsiz?!

Dinsiz-imansızlar, Allahı dananlar, bəla gəlib qapınıza, cavab verin, necəsiz?

Susursunuz… Bu qədər güc-qüvvənin, var-dövlətin, şan-şöhrətin, hətta agıl-savadın qarşılığında belə bir suala cava verə bilməyəcək qədər aciz durumdayıq… Necəsiz?

Qaçacaq yer, gedəcək məkan, sığınacaq yer yox… Necəsiz e?!

Gördünüzmü? Hamımız eyni gəmidəyik!

Könül Aypara

(Pandemiya böhranına həsr edirəm)


Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 552
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 327
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 011
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 958
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar