Dünya ərzaq bazarında bahalaşma

09, 04, 25
17:30

Dünya ərzaq bazarında bahalaşma


2025-ci ilin fevral ayında dünyada  ərzaq qiymətləri yanvara nisbətən artıb.

"Azərbaycan Reallığı" Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına istinadən xəbər verir ki, Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin fevral ayında orta hesabla 127,1 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,6 % (9.7 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 8,2% (9,7 bənd) çoxdur.

Ət Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 118 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,1 faiz (0,1 bənd) az, ötən ilin fevral ayı ilə müqayisədə isə 4,8 faiz (5,4 bənd) çoxdur.

Süd Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 148,7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4 faiz (5,7 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 23,2 faiz (28 bənd) çoxdur.

Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 112,6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,7 faiz (0,8 bənd) çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 1,1 faiz (1,2 bənd) azdır.

Bitki Yağlarının Qiymət İndeksi fevral ayında orta hesabla 156 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2 faiz (3 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 29,1 faiz (35,1 bənd) çoxdur.

Şəkər Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 118,5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 6,6 faiz (7,3 bənd) çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 15,8 faiz (22,2 bənd) azdır.


Bizimlə əlaqə saxlayın