Aygün Kazımovadan Mübariz Mənsimova dəstək

28, 03, 20
18:07

Aygün Kazımovadan Mübariz Mənsimova dəstək


 Xalq artisti Aygün Kazımova martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə yazıb.

Azerbaycanrealligi.com xəbər verir ki, müğənni fikirlərini İnstaqram səhifəsində bildirib:
 
“Əziz həmvətənlərim! Məlum olduğu kimi, saysız-hesabsız insanlara dəstək olmuş dəyərli Mübariz Mənsimov bu gün çətin günlər yaşamaqdadır. Vətəninə bağlı, dövlətinə sadiq, gözəl ailə başçısı, layiqli övlad, güvənli bir dost olan Mübariz qardaşımı yaxından tanıdığım üçün, bu sınaqdan da üzüağ çıxacağına ilk gündən əminliyim olub. Lakin keçirdiyi aclıq aksiyası nəticəsində səhhətində nasazlıq yarandığını öyrəndiyimdən bəri özümə gələ bilmirəm. Əziz həmvətənlər, gəlin bu günlərdə Mübariz qardaşımıza olan hörmətimizi, sevgimizi bildirməkdən usanmayaq. Bütün sənət nümayəndələrini, ictimai şəxsləri - hər kəsi Mübariz Mənsimova dəstək olmağa çağırıram. Nədənsə, kimdənsə qorxmaq lazım deyil. Mübariz olaq. Allah özü kömək olsun”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın