AZƏRBAYCANDA POLİS RƏİSİ KORONAVİRUSA YOLUXDU - VİDEO

28, 03, 20
17:53

AZƏRBAYCANDA POLİS RƏİSİ KORONAVİRUSA YOLUXDU - VİDEO


"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim".

Azerbaycanrealligi.com "Report"-a isitnadən xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib.

Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır.
O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilməlidir ki, xəstələnməyək, müəyyən hisslərə düçar olmayaq.

20 il müharibədə olmuşam. Koronavirusla da müharibə aparacağam, ancaq o müharibə ilə bu mübarizə, demək olar ki, eynidir. Diqqətli olmaq, ciddi yanaşmaq, özünü qorumaq lazımdır".

B.Məmmədovun qısa müsahibəsinə videonun 04:35-ci dəqiqəsində baxa bilərsiniz.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 28-də yaydığı mlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın