sitename

Fəzail Ağamalı Mübariz Mənsimovdan danışdı: İnana bilmirəm ki, o Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərə sahibdir


Sizin mənim Mübariz Mənsimovla  münasibətlərimlə bağlı ictimailəşdirdiyiniz fikirlər  kökündən yalnışdır və mənə qarşı böhtandır. Bu sözləri Millət vəkili Fəzail Ağamalı Azerbaycanrealligi.com-a  açıqlaması zamanı bildirib

Təqribən 7 - 8 ay bundan öncə bu tip məlumat bəzi Kütləvi İnformasiya Vasitələrində getmişdi. O zaman da demişdim, bir daha təkrar edirəm ki, Mübariz Mənsimov xəstəliyimlə bağlı mənə hər hansı köməklik göstərməyib və mənim buna ehtiyacım da olmayıb. 

Mübariz Mənsimovla şəxsi tanışlığım 2019 cu ilin iyul ayında onun mətbuat xidmətinin rəhbəri, uzun illərdən tanıdığım və jurnalist olaraq, böyük hörmət bəslədiyim Fidan xanımın təşəbbüsü ilə baş tutmuşdur. Biz bir neçə dəfə görüşdük, birlikdə nahar və şam etdik, dövlətimizlə, Azərbaycan - Türkiyə münasibətləri ilə bağlı xoşməralı söhbətlərimiz oldu. Görüşümüzün və münasibətlərimizin tarixi budur.

Təəssüf edirəm ki, Mübariz Mənsimov Türkiyə hüquq muhafizə orqanları tərəfindən saxlanılmışdır. İnana bilmirəm ki, o Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərinin sahibidir. Məncə burada bir yalnışlıq var. O, Türkiyə - Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etməyi özünə şərəf bilən, imkansız Azərbaycan və Türk vətəndaşlarına köməklik göstərəm soydaşımızdır və bununla bağlı kifayət qədər faktlar mövcuddur. Mən, bir daha Mübariz bəyin tezliklə azadlığa çıxmasını, ata və anası, övladları ilə birgə olmasını Ulu Tanrıdan diləyirəm. Yaradanımız yolunu açıq etsin! 

Böhtan xarakterli yazının müəlliflərinə tamahınıza və subyektiv düşüncələrinizə "DUR" deyirəm. Qanundan və Allahdan qorxun. Əsası  olmayan böhtan xarakterli yazınıza görə məndən üzr istəməyi və təkzib etməyi sizdən tələb edirəm.

Azerbaycanrealligi.com

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 458
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 201
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 864
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 855
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar