Azərbaycanda 12 nəfərdə koronavirus aşkarlandı — SON DƏQİQƏ

22, 03, 20
18:46

Azərbaycanda 12 nəfərdə koronavirus aşkarlandı — SON DƏQİQƏ

Azərbaycan Respublikasında 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Azerbaycanrealligi.com-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan bildirilib.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın