Əli Kərimlinin partiyasından ŞOK istefa

15, 03, 20
12:11

Əli Kərimlinin partiyasından ŞOK istefa


Azerbaycanrealligi.com xəbər verir ki, Azərbaycan Xalq Hərəkatınin fəal iştirakçilarindan olmuş, 2005 ci ildə Neftçaladan 61 saylı Neftçala Seçki Dairəsindən namizədliyi "Azadlıq bloku" tərəfindən irəli sürülmüş və rayonda böyük seçici etimadını qazanmış 20 yanvar əlili, AXC hakimiyyəti dönəmində Neftçala Rayon İcra Hakimiyyətinin başçisi olmuş, ömrünün çox hissəsini Azərbaycanın müstəqilliyi və azadliğina həsr etmiş Fərman Hüseynov, AXCP-dən ayrılaraq Vətəndaş Həmrəyliyi Partiyasina üzv olub. Bu haqqda VHP fəalları tərəfindən sosial şəbəkədə məlumat verilib.

Fərman Hüseynov

Fərman Hüseynov Neftçalada uzun müddət AXCP Neftçala Rayon Şöbəsinin sədri olub. O, 2005-ci ildə, Azadlıq bloku tərəfindən Bakıda, Qələbə Meydanında keçirilən mitinqlərin aparıcısı olub. AXCP-nin Əli Kərimli qanadının kəskin müdafiəçilərindən olub. Azerbaycanrealligi.com-a Etibarlı mənbələrdən verilən məlumata görə onun partiyadan getməsi səbəbi ilə yaxın zamanlarda rayonda şöbədən böyük isdefalar olacaq. İstefa verənlərində Vətəndaş Həmrəyliyi Partiyasina üzv olacaqları gözlənlir. Onuda qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri zamanı 61 saylı Neftçala seçki dairəsindən millət vəkili seçilib...

 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın